Saffron Group

Şirkət haqqında:
Hazırda 27-dən çox brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşir. Ölkənin ən böyük restoran şəbəkəsi olub, yerli, Pan-Asiya, Avropa, Meksika, Ərəb və Hind mətbəxlərinin təmsil olunduğu restoranlarla yanaşı, “BigChefs” və “Pidem” kimi dünya brendlərinin Bakı təmsilçiliklərindən ibarətdir.
Məqsədimiz yerli və dünya mətbəxinin ən ləziz nümunələrini qonaqlarımıza ən gözəl şəkildə təqdim etmək, eyni zamanda sevdiklərinin çevrəsində xoş zaman keçirmələrini təmin etməkdir. Daim yeniliklərə və inkişafa açıq olan personalımız mütəmadi olaraq yeni layihələr üzərində çalışır. Bunun nəticəsidir ki, ildən-ilə yeni brendlərimiz və konseptlərimizlə müştərilərə xidmət sahəmizi genişləndirmişik. Lakin bununla da yetinmir, müştəri ehtiyaclarına və bazar tələblərinə uyğun yeniliklər və inkişaf üzərində çalışırıq. Bizi seçdiyiniz üçün təşəkkür edirik. Nuş olsun!
Əlaqə vasitələri:
Anbardar
Vəzifə öhdəlikləri:
- Anbara daxil olan malların qəbul edilməsi, yoxlanılması və sistemə daxil edilməsi;
- Malların FIFO prinsipinə uyğun saxlanılması və paylanması;
- Mətbəx və digər şöbələrə məhsulun düzgün və vaxtında ötürülməsi;
- Gündəlik və aylıq stok yoxlamalarının aparılması;
- Anbarın təmiz və səliqəli saxlanması;
- Qida təhlükəsizliyi və gigiyena standartlarına əməl olunması;
- Rəhbərliyə vaxtlı-vaxtında hesabatların verilməsi.
Namizədə olan tələblər:
- Anbar sahəsində ən azı 1 il təcrübə;
- FIFO (First In, First Out) qaydaları üzrə bilik və təcrübə;
- Fiziki cəhətdən sağlam və çevik olmaq;
- Dəqiqlik, məsuliyyət və diqqətcil yanaşma;
- Komandada işləmə və sürətli iş şəraitinə uyğunlaşma bacarığı;
- MS Excel və anbar proqramları ilə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq, rus dili arzuolunandır.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.