Dinçer&Carçıoğlu BM

Şirkət haqqında:
"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.
Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.
Əlaqə vasitələri:
Satış üzrə nümayəndə
Dinçer və Carçıoğlu” BM “Delicates” mağazasına satış üzrə nümayəndə vakansiyası elan edir.
Tələblər
- Komputerlə rahat işləmə bacarığına sahib olmaq
- Riyaz“i hesablama biliyinə sahib olmalı;
İş barədə məlumat:
- Məhsulların kassada düzgün vurulmasını təmin etmək;
- Nağd və nağdsız əməliyyatları düzgün həyata keçirmək;
- Gün sonunda hesabat hazırlayaraq rəhbərliyə təqdim etməli
- İş saatı (növbəli):08.00-17.00,13.00-22.00,
- Əmək haqqı: 650 AZN+bonus
- Ünvan: Mərdəkan - Hava Limanı yolu,Qala Shopping Village“Delicates”mağaza
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlaqə nömrəsi: 099 757 16 57