Clopos

Şirkət haqqında:
Clopos restoran biznesləri üçün yeni nəsil bulud əsaslı POS həllidir. 2018-ci ildə Bakıda qurulmuş şirkət hazırda Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Gürcüstan və s. olmaqla müxtəlif ölkələrdə 1300-dən çox restoran biznesinə xidmət göstərir. Məqsədimiz Yemə & İçmə sektorunun öndə gedən POS həlli olaraq unikorn şirkətə çevrilməkdir. Komandamıza qoşulacaq və missiyamızda bizimlə birlikdə çiyin-çiyinə çalışacaq təcrübəli, enerjili əməkdaş axtarışındayıq!
Əlaqə vasitələri:
Əməliyyatçı-Mühasib
İş barədə məlumat
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
- Elektron qaimə faktura, hesab faktura, təhvil-təslim aktı və qiymət razılaşdırılma aktlarının yazılması
- İnternet Bankinqdən istifadə
- Sənədləşmə işləri (Alqı-satqı müqavilələrinin, protokolların, aktların, hesabların, əlavələrin hazırlanması, göndərilməsi və saxlanılmasına nəzarət)
- Təşkilat daxili mühasibat uçotunun Clopos proqram təminatında aparılması
- Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil verilməsi və imzalatması
- Dost və dəstəkləyici komandada çalışma fürsəti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Yaradıcı və innovativ layihələrdə iştirak etmək imkanı;
- İş və şəxsi həyat balansını qorumağa diqqət;
- Motivasiyaedici bonus sistemi və sabit əməkhaqqı;
- Gənc və dinamik komandada karyera qurmaq şansı;
- Əmək haqqı 700 AZN
- İş saatı: Həftə içi hər gün 10:00 dan – 19:00 dək,Şənbə və Bazar istirahət.
- Nahar: Şirkət tərəfindən təmin olunur.
Namizədə tələblər
- Xanım namizədlər
- Ali təhsil (Maliyyə ixtisası üzrə, mühasibat uçotu)
- Analoji sahədə ən azı 1 il iş təcrübəsi
- Məsuliyyətli, dəqiq və peşəkar
- Analitik təhlil bacarığı
- E-taxes sistemində işləmə bacarığı
- Vergi və statistika hesabatlarının (Aylıq, Rüblük və İllik) hazırlanması bilməsi üstünlükdür
- Vergi Məcəlləsi haqqında biliklərinin olması üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.