Araz Supermarket

Şirkət haqqında:
Yurdumuzun doğma marketi “Araz” supermarketlər şəbəkəsi müştəri məmnuniyyətini hər şeydən üstün tutur.
Bizim missiyamız və vizyonumuz
Xalqımıza xidmət etmək, milli iqtisadiyyatımızın inkişafına dəstək olmaq, sahibkarların istehsal etdiyi keyfiyyətli məhsulları istehlakçılara təqdim etmək, sağlam rəqabət şəraitində xidmət və pərakəndə sektorunu dünya təcrübəsinə uyğun inkişaf etdirmək.
Əlaqə vasitələri:
IT business analytics
Tələblər:
- Ali təhsil - (Kompüter elmləri, informasiya texnologiyaları və.s);
- Dil bilikləri - Rus dili, İngilis dili üstünlükdür;
- İş təcrübəsi - 2 il;
- Fikrini səlis və dəqiq təqdimetmə bacarığı, texniki və qeyri-texniki komandalarla işləmək bacarığı, BPMN üzrə irəli səviyyə, UML üzrə orta səviyyə biliklər, Wireframe və prototipləmə alətləri ilə (Figma, Balsamiq və s.) işləmək təcrübəsi;
- Çevik düşüncə və dəyişkən prioritetlərə adaptasiya bacarığı, müxtəlif düşüncə və mədəniyyətə sahib insanlarla ünsiyyət qurmaq bacarığı, liderlik təşəbbüsü və məsuliyyətli iş münasibəti:
Vəzifə öhdəlikləri:
- Layihəyə dair müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, müştəri ilə razılaşdırılması;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
- Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi; Funksional və qeyri-funksional tələblərin formalaşdırılması;
- Səhifə eskizlərinin hazırlanması;
- Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması (BRD və SRS sənədlərinin hazırlanması);
- Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;
- İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması:
Təminatlar:
- Nahar təminatı;
- Servis xidməti;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki:
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “IT business analytics” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.