Struktur bölmə: Satış departamenti Korporativ satış şöbəsi
Vəzifə öhdəlikləri:
- Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Bazarın və rəqiblərin təhlili, satış imkanlarının müəyyənləşdirilməsi;
- Müştəri ehtiyaclarının müəyyən olunması və uyğun sığorta məhsullarının təklif olunması;
- Satış planlarının yerinə yetirilməsi və hesabatların təqdim olunması;
- Şöbə üzrə iş effektivliyinin artırılması üçün proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: Sığorta və ya müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.
İş şərtləri:
- Azərbaycan Respublikasının əmək məcəlləsinə əsasən sənədləşmə;
- İş vaxtı: 5 günlük iş həftəsi, saat 09:00-dan 17:45-dək (cümə günü 17:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19A;
- Məzuniyyət: 30 gün əsas məzuniyyət + qanunvericiliyə uyğun əlavə məzuniyyət hüquqları.
İmtiyazlar:
- Karyera və peşəkar inkişaf üçün imkanlar;
- Peşəkar komandada işləmək imkanı;
- Tibbi sığorta təminatı;
- Push30.az xidməti vasitəsilə fitnes mərkəzlərinə üzvlük;
- Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı;
- "Meqa Sığorta" ASC-nin Təlim Akademiyasında peşəkar inkişaf üçün təlimlərdə iştirak imkanı.
Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Aparıcı mütəxəssis” qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət ediləcək.