Azera Holding

Şirkət haqqında:
Əlaqə vasitələri:
Direktor
“AZERA Holding” MMC tərkibindəki VETART MMC-də Direktor vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Şirkətin fəaliyyətinin cari statusu barədə tam məlumatlı olmaq, gələcək dövr üçün təsdiq olunmuş tədbirlər planı əsasında hərəkət etmək;
- Şirkətin Nizamnamə tələblərinə, habelə Təsisçinin tələblərinə dair Şirkət üzrə iş prosesini təşkil etmək;
- Şirkətin fəaliyyətinə dair müvafiq hesabat sistemi müəyyən etmək və mütəmadi olaraq nəzarət etmək;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının düzgün əks etdirilməsini, maliyyə fəaliyyətinin hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək, vaxtında tərtib edilməsinə nəzarət etmək;
- Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Şirkət tərəfindən vergi və rüsumların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
- Şirkət işçilərinin əmək intizamına riayət etmələrini təmin etmək.
Namizədə tələblər:
- Təhsil: Biznes İdarəetmə, İqtisadiyyat, Kənd Təsərrüfatı Elmləri, Veterinar Təbabət və ya əlaqəli sahələrdə nüfuzlu universitetlərdən magistr dərəcəsi mütləqdir. MBA dərəcəsi və ya digər müvafiq peşəkar sertifikatlar arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili, rus və ingilis dilləri
- Təlim, sertifikasiyalar: Heyvan yemi bazarı, qlobal təchizat zənciri idarəetməsi, beynəlxalq ticarət qaydaları və Qida Təhlükəsizliyi standartları (məsələn, FSSC 22000, ISO 9001, HACCP) haqqında dərin və əhatəli biliklər. Kənd təsərrüfatı texnologiyalarındakı yeniliklər barədə məlumatlı olmaq. Heyvan sağlamlığı, epidemiologiya və vaksinasiya proqramları haqqında fundamental biliklərə sahib olmaq.
- İş təcrübəsi: Heyvan yemi sənayesində və ya geniş kənd təsərrüfatı sektorunda ən azı 5-10 il rəhbər vəzifədə (CEO, İcraçı Direktor, Regional Direktor) sübut edilmiş uğurlu idarəetmə təcrübəsi. Beynəlxalq təcrübəyə malik namizədlərə üstünlük veriləcək
- Şəxsi keyfiyyətlər:Strateji düşünmə, effektiv qərar qəbuletmə, problem həll etmə, komanda quruculuğu və inkişafı bacarıqları. Yüksək təzyiq altında işləmə və dəyişiklikləri idarə etmə qabiliyyəti, müvafiq sahədə B2B və B2C satış strategiyalarının hazırlanması və icrasında təcrübə. Rəqəmsal marketinq alətləri və satış analitikası ilə işləmə bacarığı, yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları. Təchizatçılar, müştərilər və digər maraqlı tərəflərlə effektiv danışıqlar aparmaq qabiliyyəti, komandanı idarəetmə qabiliyyəti
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: Razılaşdırılma
- İş yeri: Bakı şəhəri, N. Nərimanov, Ələsgər Qayıbov 1222
Müraciət üçün: CV-nizi “Direktor” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.