Deco Italiano LLC

Şirkət haqqında:
Şirkət haqqında
Deco Italiano – Texas ştatının Houston şəhərində yerləşən lüks interyer dizaynı və fərdi mebel istehsalı üzrə ixtisaslaşmış şirkətdir. Biz sizin məkanlarınızı zövqlü, funksional və müasir şəkildə dizayn edərək, onları unikal və fərdi yaşam sahələrinə çeviririk.
Xidmətlərimiz:
Xüsusi TV Divar Sistemləri
- Məkanınıza tam uyğunlaşdırılmış, LED işıqlandırmalı, gizli saxlama bölmələri olan, müasir və funksional TV divar panelləri istehsal edirik.
Fərdi Mebel və Millwork Dizaynı
- Mətbəx mebeli, qarderob sistemləri, vanna otağı şkafları və yataq otağı dekorativ panelləri daxil olmaqla, tam sifarişə uyğun dizayn və istehsal xidmətləri təqdim edirik.
İnteryer Dizayn və Quraşdırma
- Layihənin ilk mərhələsindən başlayaraq, dizayn, istehsal və peşəkar şəkildə yerində quraşdırma daxil olmaqla, A-dan Z-yə xidmət göstəririk.
Əlaqə vasitələri:
Sosial Media Meneceri (Evdən İş)
İş yeri: Onlayn (Evdən işləmə)
İş rejimi: Tam ştat
Vəzifələr:
- WhatsApp və Instagram mesajlarına peşəkar və operativ şəkildə cavab vermə bacarığı
- Onlayn təqvim sistemi ilə görüşlərin təyin olunması
- Dizaynerlərlə ünsiyyət qurmaq və layihənin gedişatını izləmək
- Sosial media platformalarında maraqlı kontent (foto və videolar) yaratmaq, montaj etmək və paylaşmaq
- Meta Reklam Sistemi (Facebook və Instagram Ads Manager) ilə işləmə bacarığı vacibdir
- Ödənişli reklam kampaniyalarının idarə edilməsi və optimallaşdırılması bacarığı
- Güclü ünsiyyət və təşkilatçılıq qabiliyyəti
- İş üçün xanımlar tələb olunur (işəgötürənin üstünlüyü olaraq)
- Tam iş günü üçün əlçatan olmaq vacibdir
Tələblər:
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı
- İngilis dili: Pre-Intermediate səviyyəsində kifayətdir
- WhatsApp, Instagram və Google Calendar ilə işləmə bacarığı
- Yaradıcı düşüncə və sosial mediada video və kontent hazırlama bacarığı
- Məsuliyyətli, dəqiq və vaxtında işləmək qabiliyyəti
- Komandada onlayn işləmə bacarığı
Təklif edirik:
- 700 AZN sabit maaş
- Hər uğurlu layihəyə görə əlavə komissiya
- Evdən rahat və çevik iş imkanı
Müraciət üçün WhatsApp ilə əlaqə saxlayın: +1 (346) 507-9506
Instagram: DecoItaliano_USA