166 Tech
Şirkət haqqında:
Sürətli digitallaşan dünyada ölkəmizdə də internet istifadəçilərinin sayı durmadan artmaqdadır. Bu artan rəqəmlər fonunda biznesiniz, təşkilatınız və hətta şəxsiniz üçün 166 Tech komandası olaraq digital həllər, veb-saytlar, ERP sistemləri, mobil tətbiqlər, Email xidmətləri, ödəniş sistemlərinin inteqrasiyası və digər xidmətlərlə keyfiyyətli və güvənilir xidmət təklif edir. 166 Tech müştərilərin məmnuniyyətini hədəfləyir və məmnun müştərinin ən yaxşı tanıtım üsulu olmasını anlayırıq. Müştərilərimizin digital-texniki problemlərini həll edərək onların rəqabətdə öndə olmalarını təmin edirik.
Əlaqə vasitələri:
Korporativ Satış Menecer
İşin təsviri:
- Daxil olan müraciətləri qəbul etmək;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Tenderlərdə iştirakın təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, səbirli, stressə davamlı olmalı;
- Microsoft Office proqramları üzrə biliklər;
- Qeyd olunan vəzifə üzrə iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili yaxşı.
İş şəraiti:
- İş yeri: Zərifə Əliyeva, 56, Yeni Həyat Plaza
- Əmək haqqı: Fix+bonus (KPI əsasında)
- İş saatı: I-V günlər, 09:00-18:00.
Uyğun namizədlərdən CV-lərini “Korporativ Satış Meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.