B-Agro

Şirkət haqqında:
Müəssisə 2002-ci ildən fəaliyyət göstərir. Müəssəmiz Kənd təsərrüfatı Texnikaları və onların ehtiyat hissələrinin topdan satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
Marketinq mütəxəssisi
Əsas vəzifə öhdəlikləri:
- Marketinq strategiyasının hazırlanması və mərhələli şəkildə icra olunması
- Bazar araşdırmalarının aparılması, rəqib və müştəri analizlərinin həyata keçirilməsi
- Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və idarə edilməsi
- Rəqəmsal marketinq alətləri ilə (Google Ads, Meta Business, e-mail marketing və s.) işləmək
- Sosial media (İnstagram və.s.) kontent planlarının hazırlanması və kontentlərin idarə olunması
- Brend tanıtımı və PR layihələrinin təşkili
- Satış komandası ilə əməkdaşlıq və inteqrasiya olunmuş kampaniyaların hazırlanması
- Görülən işlərin aylıq hesabat şəklində rəhbərliyə təqdim olunması
Namizədə dair tələblər:
- Ali təhsil
- Kreativ yanaşma və strateji düşünmə bacarığı
- Rəqəmsal marketinq platformaları üzrə bilik və təcrübə
- Analitik təhlil aparmaq və nəticə çıxarmaq bacarığı
- Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə
- Rus dili – yaxşı səviyyədə (şifahi və yazılı)
- İngilis dili biliyi əlavə üstünlükdür
Şirkətin təklif etdiyi imkanlar:
- Bilik və təcrübəyə uyğun rəqabətədavamlı əmək haqqı
- Yenilikçi və dinamik iş mühiti
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları
- Təlim və tədris proqramlarında iştirak imkanı
- Rəsmi əmək müqaviləsi və sosial təminat
Əlavə məlumatlar:
- İş yeri: Bakı şəhəri Səbail Rayonu (Axundov Bağı) Ə.D
- İş qrafiki: 5 günlük iş həftəsi (Şənbə və Bazar günü istirahət)
- İş saatı: 09:00 – 18:00
- Əmək haqqı: Müsahibə zamanı bilik və bacarıqlara əsasən müəyyən olunacaq (600-800)
Müraciət qaydası:
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- Mövzu hissəsində vakansiyanın adını yazmağı unutmayın: “Marketinq mütəxəssisi”