Azerbaijan Fish Farm

Şirkət haqqında:
Azerbaijan Fish Farm MMC Azərbaycanda davamlı və mütərəqqi balıq yetişdirilməsi və kürü istehsalı sahəsində öncüldür.
Bütün istehsal prosesi ekoloji tələblərə cavab verir ki, bu da Xəzər dənizinin ekosistemini qorumağa kömək edir.
Əlaqə vasitələri:
Marketinq üzrə mütəxəssis
Vəzifə üzrə öhdəliklər:
- Marketinq sifarişlərinin yerləşdirilməsi və icrasının təqibi, sifarişlərə dair sənədləşmənin tam müşayiət edilməsi;
- İllik marketinq büdcəsinin planlaşdırılması və xərclərin mütəmadi olaraq nəzarətdə saxlanılması;
- Şirkətin promo və marketinq materiallarının dizayn tərtibatından çapa qədər hazırlanması və aidiyyati üzrə təhvil-təsliminin təşkili;
- Məzmun və PR: mətnlərin hazırlanması, kütləvi informasiya vasitələrində yerləşdirilməsinə nəzarət; influencer kampaniyalarının təşkili;
- Daxili və xarici tərəfdaşlar üçün təqdimatların hazırlanması və prosesin tam koordinasiyası;
- Beynəlxalq sərgilər və ölkədaxili tədbirlərin təşkili, bu məqsədlə lazımi müraciətlərin və sənədləşmələrin təqibi;
- Marketinq üzrə promo və sərf materiallarının stokuna nəzarət olunması;
- Sifariş və ödənişlərin effektiv təqibi məqsədilə şirkət daxilində əlaqədar şöbələrlə və təchizatçılarla işgüzar münasibətlərin qurulması;
- Korporativ Sosial Məsuliyyət (CSR) çərçivəsində cəmiyyətin rifahına yönəlmiş layihələrin planlaşdırılması və həyata keçirilməsi;
- Daxili və xarici reklamların yerləşdirilməsi və monitorinqi, eləcə də ADRA-dan icazələrin vaxtında rəsmiləşdirilməsinin təmin olunması;
- Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək.
Namizədə Tələblər:
- Ali təhsil (Marketinq və ya Menecment);
- Marketinq, brend menecment və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi;
- 1C, Excel, PowerPoint və Google Workspace proqram təminatı ilə sərbəst işləmə bacarığı;
- Peşəkar iş yazışmaları və sənəd dövriyyəsi üzrə yüksək bacarıqlar;
- Marketinq prosesləri, vizual mövqeləndirmə və çap materialları haqqında dərin biliklər;
- Tədbirlərin təşkili və podratçıların koordinasiyası sahəsində təcrübə;
- Azərbaycan və rus dili səlis, ingilis dili arzuolunandır.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.
Vakansiyaya müraciət üçün CV-ləri “Marketinq üzrə mütəxəssis” mövzusu ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməyiniz xahiş olunur.