HR Option

Şirkət haqqında:
Şirkət haqqında
HR Option şirkəti – ölkəmizdə Biznes və İnsan Resursları fəaliyyətlərinin effektivləşdirilməsi, sistemləşdirilməsi və avtomatlaşdırılması istiqamətləri üzrə müxtəlif növ xidmətlər göstərməkdədir.
Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar komandası ilə HR Option şirkəti biznes proseslərinin, həmçinin İnsan Resursları fəaliyyətlərinin tənzimlənməsi, düzgün və effektiv iş axışlarının qurulması, proseslərin avtomatlaşdırılması və müasir insan resursları metodlarının tətbiqi, hesabatlılıq proseslərinin təkmilləşdirilməsi fəaliyyətləri üzrə dəyər yaratmaqdadır.
Həmçinin şirkətlərə göstərilən xidmətlərdən başqa HR Option şirkəti müasir iş dünyası üçün aşağıda göstərilən sahələr üzrə dəyərli kadrlar yetişdirərək, biznes mühitinə töhvə verməkdədir.
İnsan Resursları (HR):
– HR MBA
– Kadr İnzibatçılığı
– İşəqəbul Bacarıqları
-HR Biznes Partnyor
– Performansın İdarəedilməsi
– HR Planlama
– Motivasiya və Mükafatlandırma
İdarəçilik (Management):
– Effektiv İdarəetmə
– Menecment MBA
– Satışın İdarəedilməsi
– Marketinq İdarəedilməsi
Avtomatlaşdırma:
– HR Analitika və Hesabatlıq
– Google Avtomatlaşdırma
– Avtomatlaşdırılmış Kadr Sənədləşməsi
– HR Avtomatlaşdırma
Bazarın dəyişən şərtləri və tələblərinə uyğun olaraq dəyişimə getmək istəmiş birçox şirkətlərin uğur hekayəsində əvəzsiz xidmətləri olmuş HR Option şirkəti hər zaman daha yaxşı bir həll yolu təklif etməkdədir.
Bizim dəyərlərimiz:
Dürüstlük– Biz işimizdə daima dürüstlüyü üstünlük veririk və bunu işlədiyimiz şirkətlərə də tətbiq edirik
Məsuliyyət- Biz işimizdə daima məsuliyyətliyik. Şirkətlər qarşısında olan öhdəliklərimizi düzgün və məsuliyyətli şəkildə kefiyyətli icra edirik.
Sürət- Biz daima işlərimizdə sürətliyik.
Əlaqə vasitələri:
Əməliyyatlar üzrə Mütəxəssis
Təklif edirik:
- Öyrənmə və inkişaf üçün imkanlar
- Şirkət daxilində təşkil edilən bütün təlim və tədbirlərdə iştirak
- Şəbəkələşmə ( Networking ) üçün geniş imkanlar
Tələblər:
- Ali təhsil
- Əməliyyat və ya əlaqəli sahədə 1 ildən az olmayan iş təcrübəsi (təlim şirkətində təcrübə üstünlükdür)
- MS Office proqramlarında (xüsusilə Excel və Word) orta səviyyə biliklər
- Planlama və koordinasiya bacarığı
- Məsuliyyətli, diqqətli və vaxtı idarəetmə bacarığı
- Müxtəlif tərəfdaş və iştirakçılarla mehriban və peşəkar ünsiyyət qurmaq bacarığı
Vəzifə öhdəlikləri
- Təlim iştirakçılarının ehtiyacları və sorğularının operativ cavablandırılması, dəstək göstərilməsi, təlim müddətində və sonrasında daim kommunikasiyada olmaq
- Şirkətlər və təlim iştirakçıları ilə müqavilə danışıqlarının aparılması və hazırlanması
- Tələbə şəxsi kabinetlərinin hazırlanması və məlumatların daxil edilməsi
- Online təlimlərin aktivləşdirilməsi və təlim yekunlaşanadək nəzarət edilməsi
- Təlim öncəsi ehtiyacların müəyyənləşdirilərək təmin edilməsi və təlimlərin təşkil edilməsi
İş şərtləri:
- İş qrafiki: 09:00 – 17:00 (6-cı günü natamam iş günü)
- Ünvan: Nərimanov r., 1/25 Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi.
- Əmək haqqı: 600-800 AZN (Net)
Müraciət üçün:
- Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Əməliyyatlar üzrə Mütəxəssis” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.