Yeraltı Kommunikasiyalar üzrə Layihəçi Mütəxəssis
Vəzifə öhdəlikləri:
- Yeraltı mühəndis-kommunikasiya xətləri (su, kanalizasiya, qaz, elektrik, rabitə və s.) üzrə layihələrin hazırlanması;
- Mühəndis planlaşdırma sənədlərinin hazırlanması və aidiyyəti üzrə təqdim olunması;
- Normativ texniki sənədlərlə (DBN, SNiP, SP və s.) uyğunluğun təmin olunması;
- Aidiyyəti dövlət qurumları ilə layihələrin razılaşdırılması prosesində iştirak;
- Sahə ölçülərinin və topoqrafik məlumatların təhlili və layihədə tətbiqi;
- Müxtəlif kommunikasiya sistemlərinin birgə işlənməsi və toqquşmaların qarşısının alınması.
Tələblər:
- Mühəndislik sahəsində ali təhsil (inşaat mühəndisliyi, su təchizatı və kanalizasiya, geodeziya və s.)
- Yeraltı kommunikasiya layihələndirilməsi üzrə minimum 3 il iş təcrübəsi;
- AutoCAD, Civil 3D, GIS proqramları üzrə peşəkar səviyyədə biliklər;
- Layihə smeta sənədlərin hazırlanmasında iştirak
- Layihələrin normativ sənədlərə uyğun hazırlanması bacarığı;
- Texniki sənədlərlə işləmək və hesabat vermək bacarığı;
- Komanda ilə işləmə və səmərəli ünsiyyət qurma qabiliyyəti.
Üstünlük sayılacaq:
- Tikinti sahəsində layihələrin ekspertizasından keçmiş olması;
- 3D modelləşdirmə üzrə biliklər;
- İngilis və ya rus dilini texniki səviyyədə bilmək.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin olunacaq;
- İş qrafiki: 5/2, 09:00-18:00;
- İş yerinə Koroğlu metrostansiyasından nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.