Azərbaycan Respublikasının Mərkəzi Bankı

Şirkət haqqında:
Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Əsas məqsədinə xələl gətirmədən Mərkəzi Bank maliyyə bazarlarını tənzimləyən qanunlarla müəyyən edilmiş səlahiyyətlər daxilində maliyyə sabitliyini təmin edir.
Əlaqə vasitələri:
Aparıcı sistem inzibatçısı (Verilənlər bazası üzrə)
Struktur bölmənin adı
İnformasiya texnologiyaları əməliyyatları departamenti, İT infrastrukturunun şöbəsinin Sistem inzibatçılığı bölməsi
Vəzifənin funksiyaları:
- İnformasiya sistemləri üzrə VBİS-in quraşdırılmasını, sazlanmasını və davamlılığını təmin edir;
- Ehtiyat Mərkəz(lər)də VBİS-in dayanıqlı fəaliyyətini təmin edir;
- VBİS-in işinin optimallaşdırılması üzrə işləri həyata keçirir;
- VBİS-in ehtiyat nüsxələrinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
- VBİS üzrə resurs planlanmasının idarəedilməsi işinin təşkil edir;
- Həyata keçirilən layihələrin texniki sənədlərinin hazırlanmasında iştirak edir;
- Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin yaradılması layihələri üzrə verilənlər bazasının idarəetmə sistemlərinin tətbiqi prosesində iştirak edir və onların gələcəkdə etibarlı və fasiləsiz istismar olunmasını təşkil edir;
- İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
- Şöbənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını icra edir.
- İnfrastruktur avadanlıqlarının quraşdırılmasını, sazlanmasını və istismara daxil edilməsini təmin edir;
- Cavabdeh olduğu infrastruktur vahidlərinin topologiyasının tərtib edilməsini və daim onun yenilənməsini həyata keçirir;
- İnformasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görür;
- Daxili hüquqi sənədlərlə müəyyən olunmuş digər inzibatçılıq funksiyalarını icra edir;
Texniki kompetensiyalar
- Layihələrin idarə edilməsi üzrə bilklər və təcrübə (yüksək)
- İnsidentlərin texniki izahı (yüksək)
- Təqdimat bacarığı (orta)
- Texniki sənədlərin hazırlanması (yüksək)
- Proseslərin avtomatlaşdırılması (yüksək)
- Logların araşdırılması (yüksək)
- Monitoring bacarığı (yüksək)
- Təcrübə Müvafiq sahədə 3 il
- Təhsil Ali təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər və Riyaziyyat sahəsi). Fərqli ixtisaslar üzrə ali təhsil olduqda sahə üzrə ən azı 5 il iş təcrübəsi tələb olunur.
- Dil bacarığı Səlis azərbaycan dili, orta səviyyədə ingilis dili və rus dili bacarığı
Kompüter bacarıqları
- Backup və Restore həlləri (pg_dump/pg_restore, pg_basebackup, Barman)
- Performance tuning (Indexing, Query Optimization)
- High Availability həlləri (Patroni, repmgr)
- Replication texnologiyaları (Streaming, Logical, pglogical)
- Connection pooling həlləri (pgBouncer, pgpool-II)
- Monitoring alətləri (pgBadger, pg_stat_statements, Prometheus/Grafana)
- Security və Access Control (pg_hba.conf, SSL/TLS)
- Linux sistemləri üzrə biliklər (bash scripting)
- Migration alətləri (pg_upgrade)
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.