Mars Overseas Baku

Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
HORECA və TT Satış Şöbəsinin Rəhbəri
İş yeri: Bakı
Vəzifənin məqsədi:
- HORECA (Hotel, Restoran, Kafe) və TT (Traditional Trade) satış kanalları üzrə strateji rəhbərliyi təmin etmək, satış komandalarının fəaliyyətinə liderlik etmək və satış performansını davamlı olaraq yüksəltmək. Bu vəzifə, şirkətin ümumi satış hədəflərinə nail olunmasında əsas rol oynayır.
Əsas vəzifə öhdəlikləri:
- HORECA və TT satış kanalları üzrə strategiyanın hazırlanması və icrasına rəhbərlik
- Gündəlik satış əməliyyatlarının effektiv şəkildə idarə olunması və KPI-ların icrasının təmin edilməsi
- Satış komandalarının performansına nəzarət və inkişaf planlarının tətbiqi
- Müştəri bazasının genişləndirilməsi və əsas müştəri hesablarının idarə olunması
- Rəqib və bazar analizlərinin aparılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi
- Trade Marketing, Planlama və Distribusiya komandaları ilə sıx əməkdaşlıq
- Satış hesabatlarının və analitik məlumatların təhlili əsasında qərarların verilməsi
- Komandanın motivasiyası, inkişafı və nəticəyönümlü idarəetmə sisteminin qurulması
Namizədə dair tələblər:
- FMCG sektorunda, xüsusilə HORECA və TT sahəsində minimum 5 il iş təcrübəsi (azı 2 ili rəhbər vəzifədə)
- Satış strategiyasının icrası, komanda rəhbərliyi və KPI idarəetməsi sahəsində dərin bilik və təcrübə
- Güclü liderlik, qərarvermə və analitik düşünmə bacarığı
- Yüksək ünsiyyət və təsiretmə bacarığı, təqdimatlarda peşəkarlıq
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, satış analitik sistemləri üzrə biliklər
- Yüksək məsuliyyət və nəticə yönümlü yanaşma
Üstünlük verilir:
- ERP, DMS və ya CRM sistemləri ilə işləmək təcrübəsi
- Trade Marketing və Distribusiya planlaması ilə inteqrasiya bacarığı
- Azərbaycan dili sərbəst, İngilis dili biliyi (arzuolunandır)
Nə təklif edirik:
- Peşəkar inkişaf və təlim imkanları
- Könüllü tibbi sığorta
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “HORECA və TT Satış Şöbəsinin Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.