AZAK Mənzil-Tikinti Kooperativi

Şirkət haqqında:
Əlaqə vasitələri:
İnşaat mühəndisi - Xankəndi
Vəzifə borcları.
- Baş mühəndisin rəhbərliyi altında tikinti təşkilatının fəaliyyətini həyata keçirir
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət edir
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət edir
- Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət edir
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət edir
- Tikintidə istifadə olunan materialların keyfiyyətlə uyğun istifadə qaydalarına riayət olunmasına nəzarət edir
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsini və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasını təmin edir
- Görülmüş işlərin uçotunu aparır, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlayır
- Problemləri aradan qaldırılması, dəyişiklikləri planlaşdırılması və idarə edilməsini həyata keçirir
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə nəzarət edir
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak edir
Bilməlidir:
- Təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını
- Tikintinin norma və qaydalarını, dövlət standartlarını və tikintinin texniki şərtlərinin tələblərini
- Tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları
Vəzifəyə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisi)
- Yaş həddi: 35 yaşa qədər
- MS Office (Word, Excel) proqramları üzrə biliklər
- AutoCAD proqramı ilə yüksək səviyyədə işləmə qabiliyyəti
- Dövlət tikinti norma və qaydaları üzrə bniliklərə sahib olmaq (ADTN)
- Tikinti sənədləri ilə yaxşı səviyyədə iş bacarığı
- Müvafiq sahə üzrə 5 il iş təcübəsi
- Analitik düşüncə bacarığı
- Məsuliyyətli və dəqiq olmalı
- Dinamik iş mühitinə uyğunlaşmaq bacarığı
- Detallara diqqət yetirməyi bacarmalı
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq
İş şəraiti:
- İş qrafiki 6 günlük, istirahət günü: bazar
- Sabit və dinamik inkişaf edən şirkətdə iş imkanı
- Güclü və motivasiyalı komanda
- Nahar müəssisə hesabına
- Əmək haqqı: rəqabətə davamlı (fərdi şəkildə müsahibə əsasında müəyyən edilir)
Maraqlanan şəxslərdən mövzu hissəsində “Xankəndi / İnşaat mühəndisi” qeyd etməklə, CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.