İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Şirkət haqqında:
İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli fərmanına müvafiq olaraq yaradılmışdır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Şamaxı şəhərində Ehtiyat Məlumat Mərkəzi üçün binaların tikintisi 2015-ci ildə başa çatdırılmışdır.
İTMİM-in sertifikatlaşdırılmış yüksək ixtisaslı ekspertləri kabelli, yaxud simsiz şəbəkələrin layihələndirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Biz sxemlərin çəkilməsi və avadanlıqlarla cihazların quraşdırılması ilə yanaşı, layihənin sınaqdan keçirilərək tam işlək vəziyyətdə təhvilini gerçəkləşdiririk. Təcrübəli ekspertlərdən ibarət komandamız bütün quraşdırma və montaj işlərini dünya standartlarına uyğun tərzdə həyata keçirirlər və bununla da, müştərinin yeni infrastrukturunun təhlükəsizliyini, asan idarə edilməsini və əlçatanlığını təmin edirlər.
Əlaqə vasitələri:
İT Biznes analitik (Junior)
Əsas vəzifə öhdəlikləri:
- Texniki tapşırıq, analiz və dizayn sənədlərinin hazırlanması;
- Layihəyə dair maraqlı tərəfləri ilə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi;
- Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi, maraqlı tərəfləri ilə ilə razılaşdırılması;
- Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
- Funksional və qeyri-funksional tələblərin formalaşdırılması, onların prioritetləşdirilməsi və sənədləşdirilməsi;
- İstifadəçi hekayələrinin (user stories), qəbul meyarlarının (acceptance criteria) və istifadə ssenarilərinin hazırlanması;
- Səhifə eskizlərinin hazırlanması;
- Cari və hədəf biznes proseslərin analizi və modelləşdirilməsi (as-is / to-be);
- Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi (BPMN əsasında prosess diaqramlarının tərtibi, Use Case-lərin hazırlanması);
- Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
- Prototiplərin maraqlı tərəflərə təqdim olunması və rəylərin toplanması.
- Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması;
- Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması prosesində iştirak;
- İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək;
- Tələblər üzrə prioritetlərin müəyyən edilməsi, “tapşırıqlar hovuzunun” formalaşdırılması, ilkin icra planının hazırlanması və milestone-lərin müəyyən edilməsi;
- Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
- Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
- Təlimlərin verilməsi və təqdimatların hazırlanması;
- İstifadəçi və inzibatçı təlimatı sənədlərinin hazırlanması.
Namizədə olan əsas tələblər:
- Ali təhsil (Biznes inzibatçılığı və ya İT sahəsində təhsilə üstünlük verilir);
- Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
- Operativ qərarvermə bacarığı və punktuallıq;
- Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
- BRD, SRS və analiz sənədlərinin hazırlanmasında bilik və təcrübə;
- BPMN və UML diaqramları ilə iş təcrübəsi;
- Eskiz (wireframe) tərtibatı alətləri ilə iş təcrübəsi;
- Task management alətləri ilə iş təcrübəsi (Azure Boards, Jira və s.)
- Azərbaycan dilinin normalarına uyğun rəsmi yazışmalar və sənədləşdirmə aparmaq bacarığı;
- SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
- MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür);
- İlkin səviyyə API və SQL bilikləri;
- Orta səviyyə UI/UX bilikləri;
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki sənədlərin anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə) | Rus dili arzuolunandır;
- Proqram təminatı layihələrində minimum 1 il İT biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
- Proqram təminatının hazırlanması mərhələləri (SDLC) və onlara dair biliklər;
- Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Biznes analitik (Junior)” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.