Prime Elektro

Şirkət haqqında:
“Prime Elektro” MMC bir çox sferada istər elektrik materialları, istər mexanik avadanlıq və alətlər, istərsə də inşaat materialları sahəsində Azərbaycanın bir çox qabaqcıl inşaat şirkətləri, zavod, fabrik, servis və ticarət mərkəzləri ilə əməkdaşlıq edir, onları mütəmadi olaraq mal və materiallarla təmin edir. Əməkdaşlıq etdiyimiz hər bir sektorda fəaliyyət göstərən müştəriyə yüksək keyfiyyətdə xidmətin göstərilməsi üçün və ölkə bazarında qazandığımız etibarın daha da artırılması üçün təmin etdiyimiz hər bir məhsulun keyfiyyətinə zəmanət verir və avadanlıqların servisini operativ şəkildə həyata keçiririk. Bununla da, sizin etimadınızı daha çox qazanaraq , sizinlə daha uğurlu əməkdaşlıq etməyə səy göstəririk.
Əlaqə vasitələri:
Ərazi satış meneceri
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Görüş və təqdimatların təşkil edilməsini təmin etmək.
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
İş şərtlərimiz:
- Əmək haqqı: 800 AZN + Satışa uyğun bonus
- İş vaxtı: 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar günü.
- Ünvan: Abşeron Ticarət Mərkəzi (Lökbatan dairəsinin yaxınlığı)
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- Təhsil: Ali təhsil (iqtisadiyyat və əlaqəli sahələr üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Office proqramlarında, əsasən EXCEL-də işləmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı;
- Kişi namizəd
- Yaş həddi – 20-30
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Ərazi satış meneceri" mövzu hissəsində qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərsinlər.