Video Kontent üzrə Copywriter və Aparıcı
İş yeri: Bakı, SOPHISS Şirkəti
İş rejimi: Tam ştat, ofisdə və çəkilişlərdə
SOPHISS — gözəllik, dəriyə qulluq və kosmetika sahəsində fəaliyyət göstərən şirkəydir. Komandamıza xanım Video Kontent üzrə Copywriter və Aparıcı axtarırıq!
Əsas vəzifələr:
- Sosial media: Instagram, TikTok, Youtube və s üçün video mövzularının hazırlanması
- Qısa, kreativ və brendə uyğun ssenarilərin yazılması
- Video çəkilişlərdə aparıcı kimi çıxış etmək (kamera qarşısında sərbəst danışıq)
- Brend dəyərlərinə uyğun təqdimat tərzi ilə məhsulları izah etmək
- Komanda ilə birlikdə kontent planı üzərində işləmək və trendləri izləmək
- Mətn kontentlərinin (caption, reklam mətnləri, sloqanlar) hazırlanması
Tələblər:
- Xanım namizədlər
- Təhsil: Jurnalistika, PR, Filologiya və ya əlaqəli sahələr üzrə ali təhsil
- Yaş: 22–30 yaş
- Kamera qarşısında sərbəst və təbii çıxış bacarığı
- Yaradıcı və müasir dillə yazı yazmaq bacarığı
- Sosial media trend və formatlarını izləmək
- Azərbaycan dilində qrammatik yazı və danışıq yüksək səviyyədə
- Rus və ingilis dillərini bilmək üstünlükdür
- Portfolio və ya nümunə çıxış/mətnlər müraciətinizə əlavə olunmalıdır
Təklif etdiklərimiz:
- Gözəllik sahəsində kreativ və trend yönümlü iş mühiti
- Sosial mediada tanınmaq və peşəkar inkişaf fürsəti
- Rəqabətli əmək haqqı
- PR və media təlimlərində iştirak imkanı
Necə müraciət etməli?
- CV-nizi, yazı nümunələrinizi və varsa video çıxışlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Video Copywriter və Aparıcı” yazmağı unutmayın.