Amal Group

Şirkət haqqında:

AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir.

Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk.

AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq.

“AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi

Əlaqə vasitələri:

Ekoloq

İş yeri: “AMAL GROUP”MMC

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət;
  • Ekoloji tarazlığın qorunmasına, təbii sərvətlərdən səmərəli istifadə edilməsinə nəzarət;
  • Ekologiya üzrə planların hazırlanması, şöbə rəhbərinə təhvil verilməsi və rəyi əsasında müvafiq dəyişikliklər edilməsi.
  • Ətraf mühitin mühafizəsi sahəsində təsərrüfat və başqa fəaliyyətin ekoloji tarazlığa olan keyfiyyət normativlərini işləmək və təsdiq edilməsi qaydalarını müəyyən etmək.
  • Ekoloji auditor fəaliyyətinin aparılması
  • Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının standartları və texniki tələbləri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirmək və tətbiq etmək.
  • Ətraf mühiti çirkləndirici mənbələrinin uçotunu aparılması, onların ekoloji zərərliklilik dərəcəsinin müəyyənləşdirilməsi
  • Yeni obyektlərin layihələrinə verilmiş Dövlət ekoloji ekspertiza rəyinin tələblərinin icrasına nəzarət edilməsi və s.
  • Ətraf mühitin mühafizəsi üzrə təhlillərin aparılması və məlumatların şöbə müdirinə təqdim edilməsi
  • Sahə yoxlamaları haqqında açıq və detallı yazılı hesabat hazırlamaq
  • Ətraf mühitin qaydalarının və tətbiqlərinin inkişaf etdirilməsi və tətbiq edilməsi
  • Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi
  • Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi
  • Tullantıların xaric edilməsi və çirklənmə nəzarət proqramlarına nəzarət edilməsi;
  • Tullantıların Layihələrdəki iş sahələrində düzgün qaydada saxlanması, çeşidlənməsi və xaric edilməsi üçün lazımi tədbirlər hazırlamalı;
  • Müəsissə üçün Ekologiya üzrə illik Tədbirlər Planı hazırlanmalı və apaılmış işlər üzrə aylıq hesabatlar təqdim etməli ;
  • Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması;
  • İstehsalat prosesləri zamanı ətraf mühitə edilən təsirləri müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlər apararaq azaldılması istiqamətində tədbirlər müəyyən etmək;
  • Qeydlər və sənədləşmə işlərinin aparılması, ətraf mühit problemlərinin həllində vətəndaş məsuliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması məqsədilə Cəmiyyətdə çalışan insanların müvafiq təlim proqramları əsasında ekoloji maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi
  • Ətraf mühitin mühafizəsi üzrə ekologun əsas vəzifəsi müəssisədə ekologiyaya dair işlərin təşkilində, təbii ehtiyatlardan səmərəli istifadəyə dair tədbirlər planı hazırlanmasında, ətraf mühitin çirklənməsinə qarşı texniki-texnoloji tədbirlərin yerinə yetirilməsində iştirak etmək;
  • Ekologiya və təbii ehtiyatlardan səmərəli istifadəyə dair layihələrin, əmrlərin və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin iş sahələrində və tikinti meydançalarında ətraf mühitin ekoloji vəziyyətini aşkar etmək məqsədilə planlı və zəruri olduqda növbədənkənar yoxlamaların aparılmasında iştirak etmək;
  • Müəssisə üzrə aşkar edilmiş uyğunsuzluqların yaranma səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq istiqamətində işlər aparmaq;
  • Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin müəssisənin bütün struktur vahidlərində təmin edilməsi və ekoloji qaydaların, standartların tətbiqinə nail olunması istiqamətində işlər aparmaq;
  • Ekoloji icazələrin və lisenziyaların alınması, saxlanması, dəyişdirilməsi və yenilənməsi;
  • Kimyəvi sızmalar kimi ekoloji hadisələrə cavab vermək üçün fövqəladə cavab tədbirləri qrupu ilə işlənilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları və  göstərişləri zamanında yerinə yetirmək.

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında müəyyənləşəcək.
  • Ünvan: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza 2-ci korpus
  • İş qrafiki: 5 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Cəfər Cabbarlı 44

Tələblər

  • Yaş həddi: 25-55
  • İş stajı: Minimum 1-3 il stajı
  • Müvafiq sahə üzrə təhsili olan.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Elektrik ustası” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap