Sosial Media Meneceri (SMM) – Təhlükəsizlik Avadanlıqları üzrə
Əsas vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn, TikTok və s.) idarə olunması
- Təhlükəsizlik avadanlıqları haqqında maarifləndirici və satış yönümlü məzmunların hazırlanması və paylaşılması
- Kontent planın hazırlanması və gündəlik postların dərc olunması
- Rəqiblərin sosial media fəaliyyətinin təhlili və trendlərin izlənməsi
- Şərhlərə və mesajlara operativ cavab verilməsi
- Reklam kampaniyalarının (Meta Ads və s.) planlaşdırılması və nəticələrinin təhlili
- Foto/video çəkilişlərin təşkili və qrafik dizayner ilə birgə işləmək
- Aylıq fəaliyyət hesabatlarının hazırlanması
Tələblər
- Rəqəmsal marketinq və/və ya jurnalistika, PR, dizayn sahəsində ali təhsil (arzuolunandır)
- Sosial media meneceri vəzifəsində minimum 1-2 il iş təcrübəsi
- Canva, Photoshop və ya digər dizayn alətləri ilə işləmə bacarığı
- Kreativ düşüncə və texniki məhsulları sadə dildə təqdimetmə qabiliyyəti
- Azərbaycan dilində səlis yazı qabiliyyəti, rus və ya ingilis dili – üstünlükdür
- Meta Business Suite, Ads Manager, Insights kimi alətlərlə tanışlıq
- Təhlükəsizlik sistemləri sahəsində maraq – üstünlükdür
Təklif etdiyimiz
- Rəqabətə davamlı əmək haqqı
- İdeyaların sərbəst şəkildə həyata keçirilməsi imkanı
- Şirkətin texniki və satış komandası ilə koordinasiyalı iş
- Peşəkar inkişaf və təlimlərdə iştirak
- Karyera yüksəlişi üçün perspektivli mühit
Ünvan - Bakı
Müraciət qaydası
- CV və portfolio (əgər varsa) fayllarınızı “SMM Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
- Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.