Sahə Satış Meneceri – Təhlükəsizlik Sistemləri üzrə
Əsas vəzifələr
- Müştərilərlə (obyekt rəhbərləri, şirkətlər, fərdi şəxslər) sahədə görüşlərin təşkili
- Təhlükəsizlik sistemlərinin (kamera, siqnalizasiya, keçid-nəzarət və s.) təqdimatı və izahı
- Obyektdə texniki ilkin baxış və müvafiq həllərin təklif olunması
- Satış prosesinin idarə olunması: təklif, danışıqlar, müqavilə bağlanması
- Müştəri bazasının genişləndirilməsi və əlaqələrin qurulması
- Həftəlik/aylıq satış hesabatlarının hazırlanması
- Şirkət daxili satış və texniki komandalarla koordinasiyalı işləmək
Namizəd üçün tələblər
- Ali və ya orta ixtisas təhsili (texniki və ya biznes sahəsində arzuolunandır)
- Satış sahəsində (xüsusilə sahə satışında) 2+ il iş təcrübəsi
- Təhlükəsizlik avadanlıqları və ya texniki məhsullar üzrə ilkin biliklər
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
- Aktiv sürücülük vəsiqəsi (B kateqoriyası) və səyyar iş rejiminə uyğunluq
- Azərbaycan dilində sərbəst danışmaq, rus və/ya ingilis dili arzuolunandır
- Özünəinamlı, məqsədyönlü və nəticə yönümlü olmaq
Təklif etdiklərimiz
- Əmək haqqı + satış bonusları
- Korporativ mobil nömrə, ezamiyyət xərclərinin qarşılanması
- Nəqliyyat vasitəsi və ya nəqliyyat xərclərinin təmin olunması
- Təlim və peşəkar inkişaf imkanı
- Gələcəkdə satış rəhbəri vəzifəsinə yüksəlmə şansı
Müraciət qaydası
- CV-lərinizi “Sahə Satış Meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
- Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.