NBA Technologies International LLC

Şirkət haqqında:
NBA Technologies International MMC şirkəti, POS terminal istehsalı üzrə lider olan «Verifone» (ABŞ) şirkətinin həmçinin ATM cihazlarının istehsal edən «NCR» (ABŞ) şirkətinin rəsmi distirbyutorudur, MDB ölkələri ərazisində 2006-cı ildən uğurlu satış və yeni texnologiyaların tətbiqində böyük təcrübəyə malikdir.
NCR Korporasiyası (NYSE: NCR) maliyyə əməliyyatları üçün texnoloji həllər sahəsində qlobal liderdir. NCR həlləri həyatı daha rahat edir. Proqram təminatı, avadanlıq və xidmət portfelinin köməyi ilə NCR müxtəlif sahələrdə - pərakəndə satış, maliyyə, səyahət, qonaqpərvərlik, telekommunikasiya və texnologiya və kiçik müəssisələr üzrə 485 milyondan çox əməliyyat təmin edir. NCR həlləri, gündəlik əməliyyatlar həyata keçirməklə həyatınızı asanlaşdırır.180 ölkədə fəaliət göstərən NCR şirkətinin baş ofisi Duluth, Georgia ştatında yerləşir. Şirkətdə 29 mindən çox insan çalışır. NCR, NCR Corporation'ın Amerika Birləşmiş Ştatları və digər ölkələrdəki ticarət markasıdır.
Əlaqə vasitələri:
Mühafizəçi
Namizədə dair tələblər:
- Bəy namizəd
- Kompüter bilikləri: MS Office proqramları;
- Dil bilikləri: Azərbaycan və Rus dili səlis bilməsi;
- İş təcrübəsi: Mühafizə sahəsində azı 1 il təcrübə;
- Stresə davamlı, fiziki cəhətdən sağlam, məsuliyyətli, işində çevik və dəqiq olması;
- Təhlükəsizlik sistemləri ilə işləmə bacarığı üstünlük verilir;
- Komandada işləmək, problem həll etmə bacarıqları;
- Fikrini aydın ifadə etmə və səlis danışıq qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Gələn müştərilərin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatının aparılması;
- İşçilər və müştərilər üzrə giriş-çıxış prosesinə nəzarət edilməsi;
- Müştərilərlə nəzakətli davranmaq və onların suallarını ilkin səviyyədə yönləndirmək;
- Təhlükəsizlik pozuntuları, texniki nasazlıqlar və ya şübhəli hallarla bağlı dərhal rəhbərliyə məlumat verilməsi;
- Ofisdə təhlükəsizlik və daxili nizam-intizam qaydalarının qorunması.
İş şəraiti
- İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
- Əmək haqqı: (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.