Fortis Construction

Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
Direktor köməkçisi (Tikinti sahəsində)
Vəzifələri:
- İşlərin təşkilində və idarə edilməsində direktora kömək etmək.
- Planlaşdırma və vaxtın idarə edilməsi.
- Prioritetlərin müəyyənləşdirilməsi.
- Direktor tərəfindən verilən tapşırıqların icrasını təmin etmək.
- Yazışmaların aparılması, hesabatların hazırlanması.
- Toplantıların təşkili və protokollarının yazılması.
- Şirkətin digər şöbələri və əməkdaşları ilə əlaqə saxlamaq.
- Tikinti layihələrinin gedişatını izləmək və direktora məlumat vermək.
- Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərinin düzgünlüyünə nəzarəti təmin etmək
- Satınalma tələblərini qəbul edir və təmin edir;
- Tələb olunan mallar üzrə sifarişləri hazırlayır;
- Bazarın təhlil edir, tələb olunan materialları yerli və xarici bazarda araşdırır
- Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularını həyata keçirir;
Tələblər:
- Ali təhsil
- Oxşar vəzifədə 2 il iş təcrübəsi
- Vaxtı idarə etməyi, koordinasiyanı və təşkilatçılığı bacarığı
- Azərbaycan və Rus dilində səlis, İngilis dili – yazılı və şifahi ünsiyyət səviyyəsində
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində Direktor köməkçisi (Tikinti sahəsində) qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir