Kristal
Şirkət haqqında:
2003-cü ildən “Kristal” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Kristal” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
İndiki və gələcək nəsillərin yaşayacağı dövrə uyğun keyfiyyətli binalar inşa edərək cəmiyyətin sosial həyatına dəstək olmağa çalışan “Kristan” üçün sakinlərinin həyat səviyyəsini hər zaman daha yaxşı etmək əsas vəzifələrdən biridir.
Əlaqə vasitələri:
İT mütəxəssis
Tələblər:
- IT dəstək, sistem və ya şəbəkə sahəsində ən azı 2 il təcrübə;
- Şəbəkə avadanlıqları (MikroTik, Cisco, Ubiquiti və s.) ilə işləmə bacarığı;
- Access control sistemləri üzrə bilik və təcrübə;
- Windows Server, Active Directory ilə işləmə təcrübəsi;
- İnformasiya təhlükəsizliyi bilikləri (Firewall, VPN, antivirus).
Vəzifə öhdəlikləri:
- IP-telefonları idarə etmək;
- VoIP xidmətləri və sistemlərini sazlamaq;
- Kompüterlərin təmiri proqramlarını yazmaq;
- Şəbəkə strukturunun və kompüterlərin daxili qurğularının işləmə prinsiplərini bilmək;
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarım iş günü);
- Bakı şəh, Hüseynbala Əliyev 15;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İT mütəxəssis” üzrə yazmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.