Fostanpak MMC

Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Avadanlıq operatoru
Əsas vəzifələr:
- İstehsalat sahəsində avadanlıqların idarə olunması və düzgün işlədilməsinin təmin edilməsi
- Avadanlığın gündəlik texniki baxışının həyata keçirilməsi
- İstehsalat prosesində keyfiyyət və təhlükəsizlik standartlarına riayət edilməsi
- Avadanlıqda baş verə biləcək nasazlıqların vaxtında rəhbərliyə bildirilməsi
- Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi
Namizəddən tələblər:
- Texniki sahədə ilkin biliklər (avadanlıqla işləmə təcrübəsi üstünlükdür)
- Fiziki sağlam və məsuliyyətli olmaq
- Komandada işləmə bacarığı
- Oxşar sahədə ən azı 1 il iş təcrübəsi (arzuolunandır)
- Təhlükəsizlik qaydalarına ciddi əməl etmək
- Yaş: 25–50 yaş
- Cins: Bəy namizədlərə üstünlük veriləcəkdir
Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi və artan əmək haqqı
- Növbəli iş rejimi (gecə,gündüz qrafiki)
- Naharla təminat
- Təhlükəsiz və inkişaf yönümlü iş mühiti
- Əmək haqqı 600 AZN (növbəti aylardan artandır)
Ünvan: Bakı şəhər,Binəqədi rayonu,Binəqədi qəsəbəsi,DSK yolu
Müraciət qaydası:
CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 0512446576 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.