Leads Group Supply

Tender və satınalma üzrə mütəxəssis
İş barədə məlumat:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Azərbaycan Respublikasının Satınalmalar haqqında Qanunu haqqında məlumatlı olmaq və tətbiqi;
- Tender tələblərinin təhlil edilməsi və təkliflərlə müqayisəsi;
- Əsas Şərtlər Toplusunun tələbinə uyğun olaraq sənədlərin əldə olunması və operativ şəkildə hazırlanması;
- Təkliflərin hazırlanaraq məlumatlar bazasında sənədləşdirilməsi;
- Tender prosesində şirkətin təmsil olunması;
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Müştəri bazasının genişləndirilməsi;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 5 iş günü, 2 gün istirahət;
- Əmək haqqı: 1000 – 1500 AZN (Təcrübədən asılı olaraq)
Tələblər:
- Yaş həddi; 25-35
- Ali təhsil
- Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İngilis dili (orta)
- Müvafiq sahə üzrə iş təcrübəsi 2 il və daha çox
- Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
- MS Office biliklərinə malik olmalı
- Analaitik düşünmə bacarıqları
- İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı
- Stresə davamlı olmalı
Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Tender və satınalma üzrə mütəxəssisi" kimi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Əlaqə; 012-510-11-83 , +994 55 203 49 35