Climaservice Baku MMC

Şirkət haqqında:
Biz, CLİMASERVİCE şirkəti gənc, ambisiyalı, dinamik inkişaf edən və qarşımızda yüksək hədəflər qoymuş bir şirkətik.
Şirkətimiz 2008-ci ildə məişət avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamış və qısa zaman ərzində xidmət spektrini xeyli genişləndirərək yarımsənaye və sənaye tipli avadanlıqlarının təmiri və servis işləri üzrə xidmətlər göstərməyə başlamışdır.
2013-cü ildən etibarən isə layihələndirmə və satışa istiqamətlənmiş fəaliyyətimiz potensial müştərilərə tam spektr xidmət göstərməyə imkan vermişdir.
Şirkətimizin mühəndis heyəti istənilən istiqamət üzrə qısa zamanda və tam balanslaşdırılmış layihələri ilə sifarişçinin ən yüksək tələblərini belə təmin etmək imkanlarına malikdirlər. Bu zaman birinci əldən olan layihələrimizin büdcəyə uyğunluğu və tamlığı Sizləri xoş mənada təəccübləndirəcəkdir.
Əlaqə vasitələri:
Texniki işlər üzrə köməkçi
Əsas vəzifələr:
- Şirkət rəhbərliyinin texniki sahə üzrə gündəlik fəaliyyətinin koordinasiyasında iştirak etmək;
- Texniki təkliflərin, təqdimatların və layihə sənədlərinin hazırlanmasında iştirak etmək;
- İngilis və Azərbaycan dillərində texniki sənədlərin, yazışmaların və təqdimatların hazırlanması;
- Müştərilər və təchizatçılarla texniki kommunikasiya və yazışmaların idarə edilməsi;
- Rəhbərliyin göstərişləri əsasında texniki proseslərin izlənməsi və hesabatların hazırlanması;
- Obyektlərə texniki baxışlarda iştirak və yerində məlumat toplanması;
- Texniki məlumatların sistemləşdirilməsi və arxivləşdirilməsi;
Namizədə aid tələblər:
- Ali texniki təhsil (mühəndislik, elektrotexnika, mexanika və ya digər uyğun sahələr)
- Rəhbərliyə dəstək yönümlü iş təcrübəsi arzuolunandır;
- Rus və ingilis dili biliyi (B1 səviyyə) (şifahi və yazılı);
- MS Office proqramlarında (xüsusilə Word, Excel, PowerPoint) sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və texniki məntiqə malik olmaq;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
- Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ yerinə yetirmək qabiliyyəti;
İş şəraiti
- Əmək haqqı: 750-1000 AZN arası
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam ştat – 6 günlük
Təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı və bonuslar (namizədin təcrübəsindən asılı olaraq)
- Peşəkar və sabit iş mühiti
- Layihə və obyektlərdə real təcrübə imkanı
- Davamlı inkişaf və təlim dəstəyi
- Əmək Məcəlləsi ilə nəzərdə tutulan bütün hüquqların təmini
Müraciət:CV-lərinizi mövzu hissəsində “Texniki işlər üzrə köməkçi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.