GL ASC

Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
Əlaqə vasitələri:
Təcrübə Proqramı (Satış məsləhətçisi – Gəncə)
Gəncə filialları üzrə Satış Məsləhətçisi vakansiyası üçün ödənişli Təcrübə Proqramı
Proqram haqqında:
- Təcrübə tələb olunmur! Bu proqram yalnız təhsilini tam başa vurmuş şəxslər üçün nəzərdə tutulmuşdur.
- Magistr təhsili alan tələbələr istisna olaraq proqramda iştirak edə bilərlər.
- Namizədlər ilkin mərhələdə 3 ay müddətində peşəkar əməkdaşlarımız tərəfindən təlimə cəlb olunur, nəzəri və praktiki biliklər qazanırlar.
- Təcrübə müddəti ərzində siz həm öyrənəcək, həm də qazanc əldə edəcəksiniz!
Ödənişli təcrübə şərtləri:
Təcrübə dövründə:
- Əmək haqqı – 200 AZN
- Bonus – 300 AZN-ə qədər
Təcrübə proqramın uğurla tamamladıqdan sonra:
- Tam ştat Satış Məsləhətçisi kimi işə qəbul olunur
- Əmək haqqı – 400 AZN
- Bonus – 800 AZN-ə qədər
İş yeri: Gəncə şəhəri
Proqramın üstünlükləri:
- Müasir satış texnikaları üzrə peşəkar təlimlər
- Praktiki təcrübə və inkişaf imkanı
- Gələcəkdə daimi işlə təmin olunma perspektivi
- Əmək haqqı + bonus sistemi ilə motivasiyaedici mühit
- Maliyyə və kredit sahəsində karyera başlamaq üçün əla fürsət
Namizəddən gözləntilər:
- Təlimlərdə aktiv iştirak və öyrəndiklərini tətbiq etmək
- Təlimçi və mentorlarla interaktiv şəkildə işləmək
- Satış üzrə nəzəri və praktiki bacarıqları inkişaf etdirmək
- Komandada işləmə və müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı
Tələblər:
- Ali təhsilini tam başa vurmuş şəxslər (magistr tələbələri istisna təşkil edir)
- Maliyyə və satış sahəsində karyera qurmaq niyyəti
- Öyrənməyə açıq, məsuliyyətli və motivasiyalı olmaq
- Hədəflərlə işləmə bacarığı
Müraciət qaydası:
- Tələblərə cavab verən şəxslər “Təcrübə Proqramı (Satış məsləhətçisi – Gəncə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-lərini göndərə bilərlər.
- Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
- Təqdim olunan bütün məlumatlar məxfi şəkildə qorunur.