Ultra Technologies

Şirkət haqqında:
Ultra Technologies şirkəti 1999-cu ildə təsis edilmişdir. Azərbaycanın aparıcı İT şirkətlərindən biri olaraq, Hewlett Packard Enterprise, Cisco, Dell, Oracle, HP və s. digər İT korporasiyaların rəsmi statuslu tərəfdaşıdır. ULTRA Technologies şirkəti E-Təhsil, E-Sənəd Dövriyyəsi, E-İmza, E-Bank, E-Kitabxana, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Elektron portalı və s. kimi qlobal əhəmiyyətli iri elektron layihələri həyata keçirmişdir
Əlaqə vasitələri:
Şəbəkə Monitorinqi üzrə mütəxəssis
Tələblər:
- Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil;
- Sahə üzrə 2 il iş təcrübəsi;
- Şəbəkə və sistem idarəetmə üzrə təməl biliklər;
- Zabbix, Nagios, Prometheus, Grafana və ya bənzər monitorinq alətləri ilə praktiki iş təcrübəsi.
- Linux/Windows server idarəetməsi üzrə baza biliklər.
- Şəbəkə əsasları (TCP/IP, DNS, VPN, Firewall) barədə anlayış.
- Problem həll etmə bacarığı və eskalasiya protokollarını anlamaq.
- Məsuliyyətli, detallara diqqətli və çevik işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- SLA (Service Level Agreement) öhdəliklərinin real vaxt rejimində izlənməsini təmin etmək məqsədilə mövcud Helpdesk, CRM və Asset Management sistemlərinin monitorinq alətləri ilə inteqrasiyasını həyata keçirmək;
- SLA və texniki dəstək prosesləri üçün xəbərdarlıq (alert) və eskalasiya qaydalarının sistemlərdə qurulması və optimallaşdırılması;
- İnfrastruktur monitorinq sistemlərinin Operativ Xidmət İdarəetməsi (Service Desk) ilə avtomatik sinxronizasiyasının təmin edilməsi;
- API-lər, webhook-lar və skriptlər vasitəsilə insidentlər, tiketlər və performans göstəricilərinin mərkəzi monitorinq platformasına ötürülməsi;
- SLA hesabatlarının hazırlanması üçün Helpdesk sistemindən əldə olunan məlumatların monitorinq panelinə ötürülməsinin təşkili;
- İlkin analiz aparmaq, təsirə məruz qalmış xidmətləri müəyyən etmək İT Şəbəkənin monitorinq fəaliyyətinə, həmçinin nasazlıq haqqında bildirişlərin emalına görə məsuliyyət daşımaq;
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
- İş yeri: Səməd Vurğun 79B,Ultra Technologies
Müraciət etmək qaydası:
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Şəbəkə Monitorinqi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.