AzerGold CJSC

Şirkət haqqında:
"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilib.
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Əlaqə vasitələri:
Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi
Əsas vəzifə və öhdəliklər:
- Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində müvafiq tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində Çovdar inteqrəolunmuş regional emal sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynəlxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
- Səlahiyyətləri çərçivəsində istehsalat prosesləri zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət olunmasında iştirak etmək;
- ÇİRES-də fəaliyyət göstərən podratçı şirkətlərin aidiyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək;
- Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işləri yerinə yetirilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində Çovdar inteqrəolunmuş regional emal sahəsində formalaşan təhlükəli tullantılar üzrə müvafiq məlumatların toplanması, o cümlədən tullantıların idarə olunması istiqamətində müvafiq işlərin görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğuların dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fıziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
- Səlahiyyətləri çərçivəsində ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarət üzrə işlərdə iştirak etmək;
- Zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə müvafiq proqramların işlənib hazırlanmasında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır;
- ISO 14001:2015 standartının tələbləri haqqında biliklərin olmasını təsdiqləyən sertifikatın olması arzuolunandır;
- Effektiv kommunikasiya, Risklərin müəyyən edilməsi, Hesabatların hazırlanması bacarıqları, Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündəlik 12 saatdan çox olmamaqla, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir (15 gün ev / 15 gün iş qrafiki).
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.