Crystal Group

Şirkət haqqında:

2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes cameəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb.

2020-ci ildən “Crystal Group of Companies” Açıq tipli Səhmdar Cəmiyyəti kimi yoluna davam edən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi elementlərlə inteqrasiya olunan korporativ idarəetmə praktikasını əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr verib. Geridə qoyduğumuz 20 il ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, lojistika və otelçilik xidməti sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını hiss edib.

İndiki mürəkkəb biznes mühiti şəraitində bu etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və Korporativ Dəyərlərə önəm veririk. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.

Əlaqə vasitələri:

Layihə Rəhbəri

İş yeri: Qarabağ bölgəsi

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına tam nəzarət etmək.
  • Tikinti prosesinin bütün mərhələlərini, o cümlədən iş qrafiklərinə, büdcəyə və keyfiyyət standartlarına riayət olunmasını təmin etmək.
  • Tikinti sahəsindəki işlərin təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət etmək.
  • Subpodratçılarla effektiv əməkdaşlıq qurmaq və idarə etmək.
  • Layihənin gedişatı ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Müvafiq dövlət qurumları ilə münasibətləri tənzimləmək və icazələri təmin etmək.

Tələblər:

  • Ali təhsil: Mütləq şəkildə inşaat sahəsində ali təhsil.
  • İş stajı: Layihə rəhbəri vəzifəsində 5 ildən artıq təcrübə.
  • Təcrübə: Yaşayış binalarının tikintisi sahəsində dərin iş təcrübəsi olması vacibdir.
  • Qarabağ bölgəsində işləməyə hazır olmaq.
  • Güclü liderlik, idarəetmə və qərar qəbul etmə bacarıqları.
  • Komanda ilə işləmək və kollektiv ruh yaratmaq bacarığı.
  • Problem həll etmə və stressə davamlılıq.
  • Microsoft Office proqramlarında (xüsusilə MS Project) və digər müvafiq proqramlarda sərbəst işləmə bacarığı.

Təklif olunanlar:

  • Rəqabətli əmək haqqı.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
  • Dinamic və məsuliyyətli iş mühiti.
  • Korporativ təlimlər.

Müraciət qaydası:

Maraqlanan namizədlərdən mövzu yerində "Layihə Rəhbəri - Qarabağ" qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap