Crystal Group

Şirkət haqqında:
2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atan şirkətimiz uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes cameəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb.
2020-ci ildən “Crystal Group of Companies” Açıq tipli Səhmdar Cəmiyyəti kimi yoluna davam edən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi elementlərlə inteqrasiya olunan korporativ idarəetmə praktikasını əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr verib. Geridə qoyduğumuz 20 il ərzində qarşıda dayanan hədəflərə çatmaq üçün inşaat, sənaye, lojistika və otelçilik xidməti sektorlarında inkişaf etməyə davam edib. Azərbaycanda və Türkiyədə uğurlu investisiya layihələrinə imza atan və milli brendə çevrilməyi hədəfləyən şirkət daim tərəfdaşlarının inamını hiss edib.
İndiki mürəkkəb biznes mühiti şəraitində bu etimadın vacibliyini anlayaraq fəaliyyətimizdə peşəkar yanaşmanı əsas tutur və Korporativ Dəyərlərə önəm veririk. Uğurlu korporativ təcrübə əsasında ən yaxşı peşəkarları bir dam altında birləşdirərək əməkdaşlarımıza, müştərilərimizə və tərəfdaşlarımıza xüsusi qayğı və həssaslıqla yanaşırıq.
Əlaqə vasitələri:
Sahə Mühəndisi
İş yeri: Qarabağ bölgəsi
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin sahədəki icrasına nəzarət etmək və texniki dəstək vermək.
- Layihə sənədlərinə, tikinti normalarına və keyfiyyət standartlarına uyğunluğu təmin etmək.
- İş qrafikinə riayət olunmasına nəzarət etmək və gecikmələri aradan qaldırmaq üçün tədbirlər görmək.
- Tikinti materiallarının keyfiyyətinə və istifadəsinə nəzarət etmək.
- İşçi qruplarının fəaliyyətini koordinasiya etmək və onlara texniki rəhbərlik etmək.
- Sahədə yaranan problemləri operativ şəkildə həll etmək.
- Təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək.
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Ali təhsil: İnşaat mühəndisliyi sahəsində ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi.
- Yaşayış və ya digər tikinti layihələrində sahə mühəndisi kimi təcrübə üstünlükdür.
- Layihə oxumaq və başa düşmək bacarığı.
- Tikinti normativləri və qaydaları haqqında biliklər.
- Yüksək səviyyədə təşkilatçılıq, problem həll etmə və qərar qəbul etmə bacarıqları.
- Komandada işləmək bacarığı.
- Microsoft Office (Word, Excel) və AutoCAD proqramlarında işləmə bacarığı.
- Qarabağ bölgəsində işləməyə hazır olmaq.
Təklif olunanlar:
- Rəqabətli əmək haqqı.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Dinamic və məsuliyyətli iş mühiti.
- Böyük layihələrdə iştirak etmək imkanı.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən mövzu yerində "Sahə Mühəndisi - Qarabağ" qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur