AzəriMed QSC

Şirkət haqqında:
Azəri Med QSC Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s.ilə təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda kömək etmək.
Qlobal tərəfdaşlarımız və təcrübəli logistik komandamızın köməyi ilə müştərilərimizin ən yüksək keyfiyyət və sərfəli qiymətlərdən faydalanmasını təmin edirik. Həmçinin, tibbi tələblərin yerli, milli və beynəlxalq səviyyələrdə hər zaman vaxtında qarşılanmasına təminat veririk. Azəri Med QSC Roche Diagnostics, Pfizer Export B.V, Novartis Pharma Services AG, Medtronic Trading NL B.V, Sanofi-Aventis SPA, Nature’s Bounty və başqa dünyada tanınan istehsalçılar ilə əməkdaşlıq edir.
Milli apteklər zənciri ilə qabaqcıl müştəri-yönümlü sağlamlıq şirkəti olmaq kimi ortaq bir hədəf ətrafında birləşmişik. Dəyişən istehlakçı ehtiyaclarına əsaslanaraq inkişaf edir və 170-ə yaxın apteklərimiz sayəsində vətəndaşlarımıza olduqları hər yerdə xidmət göstəririk .
İnnovasiya və inkişaf, etibarlılıq, humanizm Azəri Med QSC-nin əsas dəyərləridir və məqsədimiz hər kəsin rahat şəkildə əldə edə biləcəyi yüksək keyfiyyətli yeni və çoxşaxəli tibbi məhsullar təklif etməkdir.
Əlaqə vasitələri:
QA və Manual tester
Vəzifə haqqında:
- Test planlarının hazırlanması və reliz öncəsi funksionalın yoxlanılması;
- Yeni və mövcüd prosseslərdə testlərin aparılması;
- Problemlər haqqında developmentə yazılı və şifahi məlumatın verilməsi. Ticketlərin yaradılması;
- Avtomatlaşdırılmış testlərin hazırlanması;
- Məhsul sahibi ilə sıx əlaqəda olaraq tələblərin alınması.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, riyaziyyat, maliyyə, programlaşdırma sahəsində arzuolunandır);
- REST APİ, JSON anlayışı, Javascript biliyi, SQL biliyi və verilənlər bazaları ilə işləmə təcrübəsinin olması arzuolunandır;
- Kompüter biliyi: MS Office;
- Layihələrin idarə olunması proqramları ilə iş təcrübəsi arzuolunandır;
- Avtomatlaşdırılmış testlərin yaradılması üçün proqram təminatı və framework;
- Selenium, Postman və s. bilikləri arzuolunandır.
CV-lərinizi mövzu hissəsində “QA və Manual tester” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.