Pickvisa.az

Şirkət haqqında:
Pickvisa.az dünyanın istənilən ölkələsinə turizm, təhsil və işgüzar səyahət vizalarının alınmasında köməklik göstərir. Pickvisa.az, Pickisa.com - un Azərbaycandakı yerli təmsilçisidir. Viza müraciəti prosesləri mürəkkəb, vaxt aparan və ətraflı yanaşma tələb edir. Şirkətimiz müştərilərinə viza almağa kömək etmək üçün əlindən gələni edir və onların prosesdə iştirakını minimuma endirir. Saytımızın istifadəçi dostu interfeysi, eksklüziv olaraq viza məsələləri üzrə ixtisaslaşma və dünyanın istənilən ölkəsinin viza tələbləri haqqında bütün məlumatlardan ibarət geniş məlumat bazası Pickvisa.com-u xidmət bazarında unikal edir.
Əlaqə vasitələri:
Təcrübə Proqramı (Viza mütəxəssisi 3 ay - ödənişli)
Öhdəliklər:
- Müraciətçilərinin müxtəlif viza proseslərinin aparılması və proses zamanı onlarla daimi əlaqədə olmaq (təlim və təlimatlardan sonra);
- Viza datalarının tapılması, sistemə əlavə edilməsi və yenilənməsi;
- Digər əlaqəli məhsullarda tapşırıqların yerinə yetirilməsi.
Tələblərimiz:
- İngilis dilini minimum intermedaite səviyyəsində bilən (Rus dili biliyi üstünlükdür);
- Startap mühitində işləməyə həvəsli olmaq;
- Səyahət, turizm sahəsinə maraqlı olmaq;
- Öyrənməyə açıq olmaq;
- Hədəflərlə işləməyi bacarmaq;
- Pozitiv ünsiyyət bacarığı;
- Kreativ düşünməyi bacarmaq;
- Komandada işləməyə meyilli olmaq.
Təkliflərimiz:
- Viza, Səyahət, və professional karyeranızda sizə gələcəkdə lazım ola biləcək mövzülarda təlimlər;
- Beynəlxalq və yerli startapların - startap mühhitinin bir parçası olmaq;
- Şəhər mərkəzində yerləşən ofis;
- 250 azn aylıq ödəniş (full time);
- Həftə içi 5 gün, 09:00 - 18:00 aralığında (bəzən həftə sonları müəyyən təlimlər ola bilər);
Təcrübə müddəti 3 ay olacaqdır. Qeyd edək ki, 3 ay ərzində təcrübə proqramını uğurla bitirən namizədlərlə peşəkar işə davam edəcəyik.
Müraciət etmək istəyənlər CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan e-mail adresinə göndərə bilərsiniz.