Office Lines

Şirkət haqqında:
“Office Lines” şirkəti 2000-ci ildən Azərbaycanda dəftərxana və ofis ləvazimatlarının satışı üzrə lider mövqedədir. Şirkətimiz ofis üçün lazım olan bütün sinif malların satışını və pulsuz ünvanlara çatdırılmasını təmin edir.
- Dəftərxana və ofis ləvazimatlarının satışı
- Təsərrüfat mallarının satışı
- Quru qida məhsullarının satışı
- Kompüter və ofis texnikasının satışı
- Printer kartriclərinin satışı
- Ofis mebelinin satışı və quraşdırılması
- Poliqrafiya xidmətləri
Hazırda şirkət bir sıra dövlət və özəl müəssisələri, o cümlədən bank, tikinti, neft, sənaye, təhsil və səhiyyə sektorlarından 500-dən çox korporativ şirkət və təşkilatları dəftərxana və ofis malları ilə təchiz edir.
Əlaqə vasitələri:
Satınalma üzrə böyük mütəxəssis
İş haqqında:
Satış təmsilçisinin əsas fəaliyyəti yeni korporativ müştərilər cəlb etmək və onlara xidmət etməklə əlaqədardır.
Vəzifə öhdəlikləri:
- Anbar qalığının düzgün idarə olunması
- Mövcud təchizatçı bazası ilə işin aparılması və yeni təchizatçılarla əlaqələrin qurulması;
- Satış şöbəsindən daxil olan sorğuların e-mail və digər məlumat kanallarından cavablandırılması;
- Anbar qalığı və proqnozlar əsasında sifarişlərin hazırlanması və təchizatçılara yönləndirilməsi;
- Satınalma prosseduruna uyğun olaraq məhsulların alınması və mövcud olan ERP proqramı üzərindən anbara düzgün girişinin təmin olunması ;
- Davamlı olaraq alternativ yerli və xarici təchizatçıların axtarışı və əlaqələrin qurulması;
- Yerli və xarici bazardan alınan malların cari bazar qiymətinin daim təqib edilməsi;
- İş axınına uyğun olaraq digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
- Təchizat və ya satınalma şöbəsində iş təcrübəsi
- Rus və ingilis dil bilikləri arzuolunandır;
- ERP proqramlarla işləmə bacarığı;
- Analitik düşünmə və düzgün qərar verə bilmə bacarığı
- Stressə və iş yükünə davamlılıq
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 800 – 900 AZN + BONUS (Əmək haqqı namizədə uyğun razılaşma əsasında)
Müraciət etmək üçün:
Namizədlər CV-lərini “Satınalma üzrə böyük mütəxəssis” başlığını qeyd etməklə, Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.