A+Co ASC

Şirkət haqqında:

2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.

2008-ci ildən isə şirkət məhsullarının sırasına araq da əlavə etmiş və qısa bir zaman ərzində “Novaya Marka”, Sibirskiy Rubin”, “Çudo Klyuç”, “Medved” və “Raduqa” markaları ilə məşhurlaşmağa başlamışdır.

2010-cu ilədək ölkə bazarında özünə layiqli yer tutmuş “Xırdalan Şərab” zamanla konyak və şərabları ilə xarici bazarlara da uğurla daxil olmuşdur. Belə ki, həmin ildən şirkətin istehsal etdiyi şərablar və konyaklar Çin Xalq Respublikası və Rusiya Federesiyası bazarlarında təmsil olunmağa başlamış və qısa bir vaxt ərzində alıcıların rəğbətini qazanmışdır.

İstifadə olunan texnologiyalar:

Şirkətin Şamaxıda yerləşən ilkin emal zavodunda Şamaxı, İsmayıllı və Qəbələdə yetişdirilmiş “Kaberne-Sovinyon”, “Kaberne-Merlo” və “Mədrəsə” üzüm növlərindən hazırlanmış şərab sonrakı istehsal üçün Xırdalandakı zavoda göndərilir.

İçkilərin hazırlanmasında ən müasir texnoloji üsullar tətbiq olunur. İstifadə olunan şollar suyu müasir İtaliya avadanlıqlarında osmos üsulu ilə bütün zəruri sanitar-gigiyenik şərtlərə ciddi riayət etməklə təmizlənir.

Araq istehsalında istifadə olunan spirt yüksək keyfiyyətli buğda unundan hazırlanır.

“Xırdalan Şərab”ın istehsal etdiyi bütün içkilərin şüşə qabları Fransa, Moldova və Ukraynadan gətirilir.

Şərab və konyak şüşələrinin ağac tıxacları İtaliya, Portuqaliya və Fransadan üzərində “Xırdalan Şərab”ın öz loqosu ilə alınır. Bu isə saxtakarlıq ehtimalını sıfıra endirir.

Əlaqə vasitələri:

Daxili Logistika və Anbar şöbə rəhbəri

“A+CO” ASC “Daxili Logistika və Anbar şöbə rəhbəri” vəzifəsi üzrə işçi axtarışı elan edilir. 

Vəzifə öhdəlikləri:

  • Şirkətin daxili logistika və anbar əməliyyatlarının effektiv şəkildə planlaşdırılması, təşkil olunması və nəzarətdə saxlanılması
  • Gündəlik anbar proseslərinin (malların qəbulu, yerləşdirilməsi, saxlanması, yüklənməsi və çıxarılması) düzgün icrasına rəhbərlik etmək
  • Anbar ehtiyatlarının vaxtında və dəqiq uçotunun aparılmasını təmin etmək
  • Malların dövriyyəsinin izlənməsi və ehtiyat səviyyəsinin optimallaşdırılması
  • Daxili daşınmaların və məhsul hərəkətlərinin koordinasiyası
  • Logistika və anbar komandalarının işini təşkil etmək, iş bölgüsünü aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək
  • Anbar və logistika sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
  • ERP/MRP və ya digər logistika proqramlarında işləmək, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Tədarük, satış və istehsalat komandaları ilə əlaqəli şəkildə işləyərək proseslərin səmərəliliyini artırmaq
  • Aylıq və illik inventar proseslərini təşkil etmək və nəticələrə nəzarət etmək
  • Logistika və anbarla bağlı risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görmək

Tələblər: 

  • Ali təhsil (Logistika, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr üzrə arzuolunandır)
  • Logistika və anbar sahəsində ən az 3 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə təcrübə
  • ERP sistemləri (məsələn: 1C, SAP, Logo, Oracle və s.) və ya digər anbar idarəetmə proqramlarında təcrübə
  • Anbar və məhsul uçotu, yükləmə/boşaltma, daşınma prosesləri üzrə dərin biliklər
  • Komandaya rəhbərlik və proseslərin effektiv təşkil olunması bacarığı
  • Məsuliyyətli, dəqiq, təşəbbüskar və analitik düşüncəli olmaq
  • Güclü təşkilatçılıq və zamanın idarə olunması bacarığı
  • Microsoft Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (xüsusilə Excel)
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə biliklər üstünlükdür
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/ya ingilis dili bilikləri əlavə üstünlükdür

İş şəraiti: 

  • İş yeri Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
  • Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Logistika və Anbar şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap