Digital Home

Şirkət haqqında:
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir.
Əlaqə vasitələri:
Marketinq üzrə menecer
Vəzifə öhdəlikləri:
- Bazar tələbatının və rəqiblərin fəaliyyətinin daimi izlənməsi və təhlili
- Məhsulun hədəf auditoriyasına uyğun reklam kampaniyalarının hazırlanması və həyata keçirilməsi
- Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi və nəticələrin təhlili
- Partnyorlarla əlaqələrin qurulması və ortaq layihələrin idarə olunması
- Seqment üzrə bazar və məhsul analizlərinin aparılması
- Büdcə planlaması və resursların səmərəli istifadəsini təmin etmək.
- Şirkətin rəqəmsal marketinq strategiyasını hazırlamaq və həyata keçirmək.
- Düzgün reklam alətlərini seçmək, reklam kampaniyalarını yazmaq, ölçüləbilən reklam nəticələrini analiz etmək;
İş şərtlərimiz:
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Elektronika və ya oxşar texniki sahədə azı 1 il iş stajı.
- Elektronika məhsullarının növləri, tanınmış brendlər, istehsalçılar və bazarda fəaliyyət göstərən təchizatçılar haqqında ümumi məlumatlılıq.
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, İngilis dilində texniki materialları anlayacaq və gündəlik iş üçün yetərli səviyyədə bilik.
- MS Office proqramları ilə işləmə bacarığı.
- Analitik yanaşma və problemi dərindən analiz edə bilmək qabiliyyəti, yekun nəticəyə fokuslanaraq effektiv qərarvermə bacarığı.
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-ni "Marketinq üzrə menecer" mövzu hissəsində qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərsinlər.