AE Union

Şirkət haqqında:
2015-ci ildə yaradılan AE Union MMC şirkəti aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, AE Union MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdirBizim komandamızda yaradıcılığı, əməkdaşlığı və inkişafı dəstəkləməkdən məmnunluq duyuruq.
Əlaqə vasitələri:
Satış Meneceri
Tələblər:
- Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi.
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə
- Rus və/ya İngilis dili – arzuolunandır
Kompyuter bilikləri:
- MS Office proqramları (Word, Excel, Outlook)
- CRM proqramlarında işləmə bacarığı
Peşəkar bacarıqlar:
- Aktiv satış və müştəri ilə işləmə bacarığı
- Kommunikasiya və təqdimat bacarığı
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- Nəticəyönümlülük və planlaşdırma bacarığı
Vəzifə öhdəlikləri:
- Bazar tendensiyalarını, müştəri tələblərini və rəqib mühiti analiz etmək, yeni biznes imkanlarını müəyyənləşdirmək
- Satış komandalarına rəhbərlik edərək satış hədəflərinə çatmağı təmin etmək
- Müştəri bazasının formalaşdırılması və genişləndirilməsi, yeni müştərilərin axtarışı və cəlb olunması
İş şəraiti:
- İş saatları: 09:00 – 18:00
- İş günləri: Həftə içi 5 gün
- Əməkhaqqı: 600 azn+bonus
- Sınaq müddəti 3ay
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.