Amoris

Şirkət haqqında:
Şirkət kənd təsərrüfatı sahəsində meyvə, tərəvəz istehsalı, həmçinin beton məmulatları və plastik tara istehsalı ilə məşğuldur. İstehsal sahələri Zirədə yerləşən 6 ha müasir şüşə istixana kompleksindən, Şimal regionda yerləşən 10.000 ton Soyuducu anbar (Qusar) və 500 ha İntensiv bağlardan ibarətdir (Qusar, Xaçmaz, Xudat). İllik 15.000 tondan çox məhsul istehsalatı.
Əlaqə vasitələri:
Satış/Keyfiyyətə nəzarət mütəxəssisi (Qusar)
Vəzifə öhdəlikləri
- Şirkətin meyvə məhsullarının satışının təşkili və satış proseslərinə nəzarət
- Debitor borcun formalaşması və düzgün uçotunun aparılması
- Növbəti aya keçən borcların qeydiyyatının təmin olunması
- Debitor borcların vasitəli və vasitəsiz olmasının yoxlanılması və müvafiq sənədləşmənin aparılması
- Borca görə mal qalığının düzgünlüyünün və uçotla uyğunluğunun yoxlanması
- Meyvə yığım mövsümündə qəbul məntəqəsində meyvələrin qəbulu və ilkin baxışının təşkili
- Meyvələrin çeşidlənməsi prosesində nəzarət
- 3 çeşidləmə aparatında keyfiyyət göstəricilərinin izlənməsi və uyğunluğun təmin olunması
- Satışa çıxarılan məhsullarda qüsurlu məhsulların vaxtında aşkarlanması və ayırd edilməsi
- Çeşidləmə zamanı təlimatlara və daxili standartlara uyğunluğun təmin edilməsi
- Satış və borclarla bağlı rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq icra olunması
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş stajı
- Yüksək səviyyədə MS Office proqramları, 1C
- Yüksək yazılı və şifahi kommunikasiya keyfiyyətlərinə malik olmalıdır
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, çevik, cəld və əməkdaşlıq baxımından üstün bacarıqlara sahib olmalı
İş şəraiti
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri Qusar, Ləgər Qışlaq
- Əmək haqqı razılaşma yolu ilə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.