Norm OJSC

Şirkət haqqında:
İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Norm müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
NEQSOL Holding-in tərkibində olan şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
Əlaqə vasitələri:
Önləyici və Dövri Təmir üzrə İnspektor
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Mexanika mühəndisliyi və ya əlaqədar texniki ixtisaslar üzrə ali bakalavr təhsili
- Bu və ya oxşar sahədə minimum 3 il iş təcrübəsi
- Elementar səviyyədə ingilis və rus dili biliyi
- MS Office komputer proqramı üzrə bacarıqlar
- SAP biliyi
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
- Zavodun ərazisində olan bütün avadanlıqlarda periodik olaraq vibrasiya ölçümlərinin aparılması və analizlərin aparılması.
- Zavodun ərazisində olan bütün elektrik avadanlıqlarda periodik olaraq termoqrafik istilik ölçümlərinin aparılması, analizlərin aparılması və hesabatların hazırlanması.
- Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
- Ərazidə yerinə yetirilən elektrik təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
- Avadanlıqlarda ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
- Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
- Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
- Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
- Şirkətdə və sənayedə qəbul olunmuş SƏTƏM prosedurlarına riayət edilməsi.
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.