Universal Group of Companies

Şirkət haqqında:
UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var.
Əlaqə vasitələri:
Layihə Rəhbəri
İşin təsviri:
- Layihənin başlanğıcından sonuna qədər planlaşdırılması, koordinasiyası və icrasının təmin edilməsi;
- Layihə qrafiklərinin, büdcəsinin və resurslarının idarə olunması;
- Komanda üzvləri ilə effektiv əməkdaşlıq və tapşırıqların düzgün bölüşdürülməsi;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Müştəri və tərəfdaşlarla əlaqələrin qurulması və saxlanılması;
- Risklərin qiymətləndirilməsi və idarə olunması;
- Layihənin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət;
Tələblər:
- Ali təhsil (Menecment, Mühəndislik, Maşınqayırma, Metallurgiya sahələr üzrə);
- Layihələrin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
- MS Project, Primavera, AutoCAD və digər programlar üzrə biliklər (layihənin sahəsinə uyğun olaraq);
- Güclü təşkilatçılıq, liderlik və analitik düşüncə bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Rus və İngilis dili mütləqdir).
İş şərtləri:
- Həftə içi 5 gün, 10:00 – 19:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Korporativ nömrə və mobil telefon;
- Könüllü tibbi sığorta;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formasını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Layihə Rəhbəri” yazaraq göndərə bilərlər.