Azersun Holding

Şirkət haqqında:
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
"Azərsun Holdinq" fəaliyyətə başladığı gündən ölkənin inkişafı üçün yalnız iqtisadi sahədə atılan addımların yetərli olmadığını görür, həyata keçirilən iqtisadi layihələrin toplumların mədəni dəyərlərinə və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azərsun Holdinq" öhdəsinə götürdüyü missiyanı bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. "Azərsun Holdinq", Azərbaycanı Azərbaycan edən mədəni dəyərləri yalnız ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul edir.
Əlaqə vasitələri:
İnsan resursları üzrə baş mütəxəssis
Müəssisə: AZƏRSUN HOLDINQ MMC
Vəzifə Təsviri:
Azərsun Holding olaraq, insan resurslarının idarə olunması sahəsində təcrübəli Baş mütəxəssis axtarırıq. Bu vəzifənin əsas məqsədi işə qəbul zamanı əməkdaş məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə dəqiq şəkildə işlənməsi, yeni işçilərin şəxsi işlərinin formalaşdırılması və onboarding proseslərinin təşkili ilə bağlı proseslərə nəzarətin təmin edilməsidir. Vəzifəyə yeni qəbul olunan əməkdaşlarla tanışlıq və oriyentasiya görüşlərinin keçirilməsi, sınaq müddətini tamamlayan əməkdaşlarla təəssürat və təkliflərinin öyrənilməsi məqsədilə fərdi görüşlərin təşkili daxildir. Eyni zamanda performans hədəflərinin müvafiq sistemlərə daxil edilməsində və istedadların idarə olunması sisteminə məlumatların düzgün ötürülməsində əməkdaşlara dəstək göstərilməsi, suallarının cavablandırılması bu vəzifənin əsas istiqamətlərindəndir.
Baş Mütəxəssis işdən çıxış zamanı daxili portal üzərindən son hesablaşma prosesinin başlanması və müvafiq ardıcıllıqla icrasını izləyir, əməkdaşla çıxış müsahibəsini aparır, şəxsi işlərin arxivləşdirilməsini təmin edir və ƏMAS altsistemində xitamın düzgün şəkildə tamamlanmasına nəzarət edir. Bu vəzifə həmçinin insan resursları sistemlərinin effektiv fəaliyyətini təmin etmək məqsədilə gündəlik əməliyyatlarda əməkdaşlara dəstək verməklə yanaşı, bütün HR proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun həyata keçirilməsində mühüm rol oynayır.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan – Əla, Rus və İngilis- üstünlükdür;
- Microsoft Office proqramları (Excel, Word, Outlook) üzrə əla biliklər;
- Əmək qanunvericiliyi üzrə kifayət qədər biliklər;
- SAP (HSP) və SuccessFactors (SF) üzrə biliklər üstünlük hesab olunur;
- Performansın və istedadların idarə olunması sistemləri üzrə praktiki təcrübə;
- Özünü inkişaf etdirməyə maraqlı, təşəbbüskar və problemhəll etmə, sərbəst qərarvermə bacarıqlarına malik olmaq;
- Güclü məntiqi və analitik düşüncə qabiliyyəti;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Yüksək səviyyədə problem həll etmə bacarığı.
İş haqqında məlumat:
- Performans hədəflərinin müvafiq sistemə daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
- İstedadların idarəolunması sisteminə məlumatların daxil edilməsində əməkdaşlara dəstək verilməsi, onların bu sistemlə bağlı bilgiləndirilməsi, suallarının cavablandırılması
- İşə qəbul zamanı işçi məlumatlarının SAP proqramına və ƏMAS altsisteminə işlənməsi, şəxsi işlərin formalaşdırılması
- İşə qəbul zamanı yeni işçilərlə onboarding görüşünün keçirilməsi, sınaq müddətini tamamlayan işçilərlə ilkin təəssüratlarının, irad və təkliflərinin müəyyənləşdirilməsi üçün görüşlərin keçirilməsi
- Xitam zamanı daxili portal üzərindən son hesablaşma formunun başladılması və təqib edilməsi.
- İşdən çıxan işçilərin şəxsi işlərinin arxivlənməsi, ƏMAS altsistemində xitamın icrası, işçilərlə çıxış müsahibəsinin aparılması.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Servis xidməti mövcuddur;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” göstərməyiniz xahiş olunur.