AzerFloat

Şirkət haqqında:
AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.
Əlaqə vasitələri:
NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı
Vəzifə və Öhdəlikləri:
- Avtomatika və nəzarət-ölçü cihazlarında baş verən nasazlıqları təyin etmək, təmir etmək və ya yenisi ilə əvəz olunmasını təmin etmək;
- NÖC və Avtomatika mühəndisinin hazırladığı texniki baxış planına uyğun olaraq cihazlara texniki baxışı vaxtında həyata keçirmək;
- Avtomatika qurğu və cihazlarının təmiri və montajı zamanı alət və cihazlardan düzgün şəkildə istifadə etmək;
- İstehsal prosesində və növbə ərzində baş verə biləcək texniki uyğunsuzluqları operativ şəkildə aradan qaldırmaq;
- Avadanlıqların etibarlılığını vaxtaşırı yoxlamaq və parametrlərini izləmək;
- Avtomatika avadanlıqlarının texniki istismar qaydalarına uyğun olaraq daima işlək vəziyyətdə olmasını təmin etmək;
- İstehsal alqoritmlərini bilmək və SCADA sistemləri vasitəsilə prosesə nəzarət etmək, yaranmış xətaları analiz edib aradan qaldırmaq;
- Zavod ərazisindəki qurğuların texniki sənədlərini (manuallar, sxemlər və s.) öyrənmək və tətbiq etmək;
- Yerinə yetiriləcək işlə bağlı mövcud və potensial təhlükələri müəyyənləşdirmək və iş mühitinin təhlükəsizliyini təmin etmək
Bilməlidir:
- Avtomatika və NÖC sistemləri üzrə nəzəri və praktiki biliklər;
- PLC, SCADA sistemləri ilə işləmə qaydalarını;
- Nəzarət-ölçü cihazlarının quruluşunu və funksiyalarını;
- Elektrik və avtomatika sxemlərini oxumağı;
- Texniki diaqnostika, təmir və texniki baxış bacarığı;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət
Namizəd üçün tələblər:
- Müvafiq istiqamət üzrə ali təhsil;
- Sahə üzrə 3-5 il iş təcrübəsi;
- Microsoft Office;
- İngilis və ya Rus dilləri arzuolunandır;
- Məsuliyyət və dəqiqlik;
- Analiz etmə qabiliyyəti;
- Dəqiqlik və diqqətlilik;
- Mexaniki və texniki düşüncə bacarığı
İş şəraiti:
- İş qrafiki: növbəli;
- İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
- Nahar əvəzi əlavə ödəniş verilir;
- Tibbi sığorta;
- Servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.