189 Taxi

Şirkət haqqında:
189 TAXI xidməti Bakıda ilk taksi sifarişi xidmətidir. Sifarişlər 189 nömrəli Çağrı Mərkəzi, 189taxi.az saytı və Android və iOS mobil tətbiqləri vasitəsi ilə həftənin 7 günü, günün 24 saatı qəbul edilir. Sumqayıt şəhərinin sakinləri də *0189 nömrəsinə zəng edərək taksi sifariş edə bilərlər.
189 TAXI xidməti 2009-cu ilin dekabr ayından etibarən Bakıda fəaliyyət göstərir. Bu tarix ərzində, şirkətdə 15,000-dən artıq sürücü qeydiyyatdan keçmişdir.
Əlaqə vasitələri:
Taksi parkına mütəxəssis
189 TAXI xidmətinin taksi parkına mütəxəssis tələb olunur
Öhdəliklər:
- Şirkətin balansında olan avtomobil sürücüləri ilə iş:
- qeydiyyata gələn sürücülərin sənədləşdirilməsi
- cari sürücülərə mütəmmadi zəng etmək
- gündəlik xəttdə olub olmamağını yoxlamaq və buna dair müvafiq tədbirlər görmək
- statistika aparmaq
- Taksi parkına aid cari işlər
- Əlaqəli şöbələrlə iş birliyi
- Rəhbərliyin işlə bağlı digər tapşırıqlarının yerinə yetitilməsi
Namizədə tələblər:
- Kişi namizədlərə üstünlük veriləcəkdir
- Stressə davamlı
- Kompüter bilikləri - MS office,
- Azərbaycan dili- səlis
- Nəqliyyat/taksi sahəsində iş təcrübəsi
İş şəraiti:
- İş qrafikı, 9.00-18.00
- Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “Taksi parkının mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər
Əlaqə nömrəsi: +994 55 203 98 89