PASHA Insurance

Şirkət haqqında:

PAŞA Sığorta şirkəti 2006-cı ildə təsis olunub və yarandığı gündən müştərilərin rahatlığına təminat verir. Şirkətin nizamnamə kapitalının həcmi 50 milyon AZN təşkil edir. Bu cür yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirmək üçün zəruri maliyyə imkanı formalaşdırır və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bununla yanaşı, Şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişafı üçün zəmin yaradır.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi ölkənin aparıcı sığorta şirkətlərindən olan “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Agentlik Şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib.

PAŞA Sığorta öz fəaliyyətini “ISO 10001: 2018” beynəlxalq standartına əsasən Keyfiyyətin İdarə Olunması Sisteminə uyğun həyata keçirir.

Hazırda Şirkət 36 icbari və könüllü sığorta növü üzrə 300.000-ə yaxın fiziki və hüquqi şəxsə xidmət göstərir.

Əlaqə vasitələri:

Məhkəmə işləri üzrə hüquq məsləhətçisi

Vəzifə öhdəlikləri

  • İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
  • Cəmiyyətin maraq və mənafelərinin məhkəmədə qorunması;
  • Tələb edilən sənəd və məlumatların əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğu və müraciətlərin göndərilməsi;
  • Cəmiyyətin mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının qorunması;
  • Məhkəmə qərarlarının icrasının təmin edilməsi istiqamətində müvafiq struktur bölməyə hüquqi dəstək göstərilməsi;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Cəmiyyəti təmsil etmək və bununla bağlı Cəmiyyətin maraqlarının qorunması;
  • Məhkəmə işlərinin qeydiyyatının aparılması və dövri olaraq hesabatların təqdim edilməsi;
  • Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırma hissəsinə dair rəy verilməsi; 
  • Öz fəaliyyətinə aid olan məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavab hazırlanması;
  • Məhkəmə qərarlarını təhlil etmək, məhkəmə mübahisələrinə səbəb olan halları araşdırmaq, həmin halların aradan qaldırılması məqsədi ilə təkliflər vermək.

Bilik və bacarıqlar

  • Ali hüquq təhsili;
  • Yüksək səviyyədə hüquqi yazı bacarıqları; 
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarını (Word, Excel) praktiki yüksək səviyyədə bilmək;
  • Komandada işləmək və yüksək ünsiyyət bacarıqları;
  • Tədqiqat, araşdırma və analitik bacarıqlar;
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi (Sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir)

 Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Bizi izləyin:

İş üçün müraciət edin

Xəyalındakı işi umano.az ilə tap