PFM Catering

Şirkət haqqında:
Şirkətimizin yaşı az olsa da, peşəkar komandamız 20 ildir qida istehsalı və keytrinq sektorunda fəaliyyət göstərir. PFM olaraq ölkəmizdə ilk dəfə olaraq bu işi sənayeləşdirməyi qarşımıza məqsəd qoymuşuq. Çünki biz sənaye istehsalı ilə mətbəx ləzzətini birləşdirməyi bacarırıq.
Əlaqə vasitələri:
Satış Mütəxəssisi (iaşə və maintenance üzrə)
İş şəraiti:
- İş yeri: Bakı şəhəri (baş ofis Badamdar qəsəbəsi)
- İş rejimi: Tam ştat.
- Əmək haqqı: Müsahibə əsasında (sabit + bonus sistemi)
Vəzifə öhdəlikləri:
- Şirkətin keytrinq (iaşə) və maintenance (təmizlik xidməti) xidmətlərinin satışı üzrə yeni müştərilərin axtarışı və cəlb edilməsi
- Müştərilərlə ilkin əlaqənin qurulması, təqdimatların keçirilməsi və görüşlərin təşkili
- Potensial müştərilərin ehtiyaclarının müəyyən olunması və uyğun xidmət paketlərinin təklifi
- Müqavilələrin hazırlanması, danışıqların aparılması və satış prosesinin izlənməsi
- Mövcud müştəri bazasının qorunması və genişləndirilməsi
- Rəqiblərin təhlili və bazar araşdırması
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması
Namizədə tələblər:
- Orta təhsil (biznes və marketinq üzrə ali təhsil arzuolunandır)
- Satış sahəsində (xüsusilə xidmət satışında) minimum 1 il təcrübə
- Səlis Azərbaycan dili, rus və ingilis dili bilikləri üstünlükdür
- Aktiv, ünsiyyətcil, nəticəyönümlü və təşəbbüskar yanaşma
- Prezentasiya və təqdimat bacarığı
- Xanım namizədlərə üstünlük veriləcəkdir
Biz təklif edirik:
- Rəqabətə davamlı əmək haqqı və satış bonusları
- Karyera yüksəlişi imkanları
- Gənc və dinamik kollektiv
- Korporativ təlim və inkişaf dəstəyi
CV-lərinizi mövzu hissəsində “Satış Mütəxəssisi qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.