Azəralüminium MMC

Şirkət haqqında:
Holdinq Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium və yarımfabrikat ( alüminium vərəq - rulon və lövhə şəklində, hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı sahəsi üzrə aparıcı şirkətlər qrupudur.
Şirkətin baza müəssisəsi olan Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir. Holdinqin ümumi işçi sayı isə 1100 nəfərdir.
Əlaqə vasitələri:
Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi (Bakı şəhəri)
İşin təsviri:
- Xarici şirkətlərlə, qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
- Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqları və rəsmi yazışmaları həyata keçirmək;
- Rəhbərliyin göstərişlərinə əsasən xarici partnyorlarla görüşləri təşkil etmək;
- Sənayedə baş verən trendləri izləyərək beynəlxalq əməkdaşlıqlarla bağlı imkanları araşdırmaq və təkliflər hazırlamaq;
- Yerli və xarici tədbirlərdə, konfranslarda şirkəti təmsil etmək;
Tələblər:
- Ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq ixtisasları üzrə təhsili olanlara üstünlük veriləcəkdir)
- Dil bilikləri: ingilis və rus dillərini yüksək səviyyədə bilməli
- Planlaşdırma və idarəetmə bacarığı
- Təşkilatçılıq bacarığı
- Baza səviyyədə maliyyə biliklərinin olması üstünlükdür
- Microsoft Office proqramlarında işləmək bacarığı
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda “Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.