Sağlam Ailə

Şirkət haqqında:
2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.
Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial və 4 “ASAN XİDMƏT” Mərkəzində Qanalma məntəqəsi fəaliyyət göstərir.
ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.
Əlaqə vasitələri:
İT menecer
Vəzifə öhdəlikləri
- Müəssisənin strateji planlarının işlənib hazırlanmasında iştirak edir, təkliflərini verir;
- Müəssisəni İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə keyfiyyətli, müasir və etibarlı xidmətlə təmin edir;
- Sistemlərin, müəssisədə istifadə edilən proqram təminatlarının, internetin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün işi təşkil etmək;
- Məlumat təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçirir və nəzarət edir;
- İT məzmunlu tələblərin təqibini və koordinasiyasını aparır;
- ERP layihələrinə rəhbərlik və nəzarət edir;
- İstismar olunan komputer avadanlıqlarına texniki baxış, təmir və yeniləmə təkliflərini irəli sürür;
- Filiallar arasında sistem əlaqələrinə nəzarət edir, fasiləsiz işləməsini təmin edir, kəsinti zamanı lazımı tədbirlər görür;
- Server otağına nəzarəti, girişlərə və otaqda aparılan işlərə nəzarəti təşkil edir;
- Elektron poçt sisteminin işlək vəziyyətdə olmasını daimi nəzarətdə saxlayır, lazımı qrup tanımlama və yetkilərini vermək, qrup göndərim maillərinə nəzarəti təşkil edir;
- Alınacaq yeni program paketlərinin quraşdırılması və sazlanmasına dəstək olur, inteqrasiya mövzusunda tədbirlər görür, təkliflər irəli sürür;
- Şöbənin işinin təşkili və idarə edilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Aidiyyəti sahədə və eyni zamanda ERP sistemlərin idarəedilməsində 3 ildən artıq iş təcrübəsi;
- MS, SQL bilikləri;
- Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
- İdarəetmə, analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
- İş yeri –Bakı şəhəri
- İş saatları: 09:00-18:00;
- Rəqabətə davamlı əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.