Open Systems MMC

Şirkət haqqında:
Şirkətimiz ölkəmizdə Gizli qapılar istehsal edən və satışını həyata keçirən yerli brenddir.
Əlaqə vasitələri:
Qapı ustası köməkçisi
Gizli qapıların istehsalı üzrə ixtisaslaşmış peşəkar komanda — öz heyətinə öyrənməyə həvəsli, texniki düşüncəyə malik və məsuliyyətli əməkdaş axtarır.
Əgər siz peşəkar sənət öyrənmək və gələcəkdə usta kimi fəaliyyət göstərmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!
Tələblər:
- Yaş həddi: 30 yaşa qədər
- Təcrübə arzuolunandır, lakin təcrübəsiz namizədlər də öyrədiləcək
- Texniki düşüncə və öyrənməyə açıq olmaq
- Komandada işləmə bacarığı
- Fiziki işə dözümlülük və məsuliyyətli yanaşma
İş şəraiti:
- Əmək haqqı: başlanğıc səviyyəsində 700 azn, bilik və bacarıq artdıqca artırılır
- İş qrafiki: 6 günlük iş həftəsi 9:00-18:00
- İş yeri: Bakı şəhəri, “Ulduz” metro stansiyasına yaxın ərazi
- Peşəkar ustalar tərəfindən
- Gizli qapıların istehsalı sahəsində təcrübə qazanmaq və ixtisaslaşmaq imkanı
Əlaqə: +994 50 592 87 89
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərə bilərlər.
Qeyd: Öyrənmək, inkişaf etmək və uzunmüddətli əməkdaşlıq etmək istəyən şəxslərin müraciət etməsi rica olunur.