Restoran meneceri
Vəzifə öhdəlikləri:
- Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
- Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək;
- Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
- Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək;
- Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
- Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
- Hesabatların hazırlanması və büdcənin nəzarətdə saxlanılmasını təmin etmək;
- Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
- Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.
Namizədə dair tələblər:
- Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il iş təcrübəsi;
- Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
- Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
- Rus dili bilmək mütləqdir, İngilis dili arzu olunandır;
- Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 1200 - 1500 AZN (Tips + Service charge).
Maraqlanan namizədlər öz CV-lərini “Restoran meneceri” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.